İnsan - Təbiətin qayğıkeş sahibidir (4) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 121
Səs ver:
(səs: 0)
Torpağı, suyu və havanı qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Avtomobil, təyyarə, gəmilər üçün yeni mühərrik hazırlayan konstruktor, həmçinin havanın təmiz qalması haqda da düşünməlidir. Konveyer xəttini hazırlayan texnoloq, tullantılann haraya getməsini əvvəlcədən hesablamalıdır. Tullantılar suları çirkləndirirmi? Zəhərli kimyəvi preparatları təsərrüfatla istifadə edən aqronom, canlı təbiəti heç vaxt unutmamalıdır.

Ətraf mühitin mühafizəsi problemi ilə ekologiya elmi məşğul olur. Elə bu sözün hərfi mənası da belədir - orqanizmlərin həyatı haqda elm. İndiki zamanda isə bu elm, əsas etibarilə təbii sərvətlərin rasional istifadəsini və təbiətin mühafizəsini öyrənir. Çox-çox qədimlərdə, bizim ata-babalarımız təbiətdən çox asılı vəziyyətdə idilər. Hələ qədim zamanlardan insanlar anlamışlar ki, qida üçün yemi və toxumları düzgün yığmadıqda, ov etdikdə mm ifrata vardıqda, harada gəldi ocaq qaladıqda və s. təbiətə qarşı düşünülməmiş addımlar atdıqda, yaşamaq üçün zəruri təbiət nemətlərindən məhrum olmaq olar. Nəticə olaraq, insanlar ən böyük sərvətləri olan ətraf mühitin və onun komponentlərinin qorunmasına başladılar. Hər bir dövlətin qanunvericiliyində ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu sayda müddəalar var. Zaman keçdikcə, insanlarda təbiətin qanunları haqqında informasiya artmaqdadır. Bununla yanaşı, insanlar tərəfindən istehsal olunan müxtəlif cür məmulatlar da artmaqdadır.

Təbiətin mühafizəsi məsələsi insanların həll etməkdə olduqları ən mühüm məsələlərdən biridir. Bütün bəşəriyyətin gələcəyi, sənaye iqtisadiyyatının, texnologiyanın və kənd təsərrüfatının inkişafı, bu məsələnin hansı istiqamətdə hərəkət etməsindən çox asılıdır. Bizim sağlamlığımız, həyatımız və Vətənimizin vətəndaşlarının maddi rifahı, bizim təbiətə bəslədiyimiz münasibətdən asılıdır. Ekologiya müəyyən elementlərin müxtəlif növ orqanizmlərə edilən təsirini tədqiq edir.

Ətraf mühitin mühafizəsi, ekoloji norma, təbii sərvətlərin gələcək nəsillərə yararlı halda çatdırılması və s. bu kimi problemlər müasir zamanda aktual mövzulara çevrilmişdir. Lakin meşələri və gölləri, torpağı və havanı uğurlu mühafizə etmək üçün, təbiəti tanımaq, onun qanunlarına bələd olub, onun əsl qiymətini anlamaq lazımdır. Təbiətdə yaşayıb yaratmaq üçün, təkcə onun gözəlliklərindən istifadə edib həzz almaq kifayət etmir, bununla bərabər, təbiətdən ülvi hisslərlə ilhamlanaraq, ona qarşı alicənablıq və mənəvi saflıqla hərəkət etmək lazımdır. Bu cür yanaşmaya, şübhəsiz təbiət elmlərini bilmək böyük kömək edir. Lakin, bu məsələnin uğurlu həlli üçün yalnız bilikli olmaq kifayət etmir, nəzərə alsaq ki, əhalinin bir çox hissəsi ekoloji cəhətcə savadsızdır. Konkret olaraq, işə başlamaq lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri