Mən xoşbəxtliyi nədə görürəm? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 195
Səs ver:
(səs: 0)
Xoşbəxtlik! Onu hərə bir cür başa düşür. Kimi şən həyatda, kimi arzularının yerinə yetməsində, kimi pulda, var-dövlətdə, kimi zəhmətdə, əməkdə, kimi də səmimi ailə həyatında görür.

Məncə, xoşbəxtlik - qurmaq, yaratmaq, ən ülvi arzulara çatmaq deməkdir. Belə xoşbəxtlik isə heç də asanlıqla qazanılmır və əslində asanlıqla qazanılan xoş günə xoşbəxtlik demək də düzgün olmaz. Çünki belə xoş günün ömrü qısa olur və insana mənəvi zövq, məmnunluq gətirmir. Əsl xoşbəxtlik daim çalışmaqla, mübarizə aparmaqla qazanılır və bunun əsasında həqiqi zəhmət, faydalı əmək, alın təri dayanır. Ona görə də hər bir adam əməyi sevməlidir. Çünki əmək, zəhmət xoşbəxtliyin, səadətin açarıdır.

Biz öz əməyi ilə dolanaraq xoşbəxt həyata qovuşan insanların bədii obrazına şifahi xalq ədəbiyyatının gözəl nümunələri olan dastanlarda, nağıllarda, yazılı ədəbiyyatımızın roman, povest, şeir və hekayə kimi növlərində tez-tez rast gəlir, onları sevə-sevə öyrənirik.

Hələ XII əsrdə yaşamış dahi şairimiz Nizami Gəncəvi öz əsərlərində zəhmətkeş insan obrazları yaradaraq onları milyonlara sevdirmişdir. Şairin «Sirlər xəzinəsi» poemasındakı «Kərpickəsən kişinin dastanı» hekayəti bu baxımdan gözəl sənət nümunəsi, zəhmətkeş insana ucaldılan abidədir.

Nizami gəncliyi zəhmətsevərliyə, sənət öyrənməyə, bir tikə çörək üçün başqalarına əl açmamağa, öz halal zəhməti ilə dolanmağa çağırır. Şair bu haqda öz arzularını oğluna nəsihət yolu ilə belə ifadə edir:

Elə ki böyüdün, belədir qayda,
Atanın adından sənə nə fayda?!
Sən aslanlar kimi keç cəbhələrdən,
Yalnız hünərinin balası ol sən.

Nizami öz əsərlərində insan əməyini yüksək qiymətləndirir, əməyə, əməkçi insana fəal münasibət bəsləyir və göstərir ki, əsl xoşbəxtlik də, rahatlıq da, şadlıq da halal zəhmətdədir. Zəhmət çəkib tər tökmək insana şöhrət gətirir, onu ucaldır. Şair öz oxucusunu əməyi sevməyə çağırır və ona belə nəsihət edir:

Zəhmətdən fəryad etmə, olsun qoy səndə qərar,
Zəhmətin axırında rahatlıq var, şadlıq var.

İnsan yalnız öz halal əməyi, işgüzar fəaliyyəti ilə həqiqi ucalığa, şirin səadətə çata bilər. Bu gün mən hələ adicə şagirdəm. Əsas vəzifəm oxumaq, xalqıma, vətənimə gərəkli bir şəxs olmaqdır. Mənim əməyim də bundan ibarətdir. Çalışıram ki, dərslərimi yaxşı oxuyum, müəllimlərimin bütün tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirim. Gələcəkdə mən də öz əməyimlə ucalmağa çalışacaq, xoşbəxtliyə, səadətə halal zəhmətlə, alın təri ilə çatmağa səy göstərəcəyəm.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 195
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SeLiN
Men ise xosbextliyi derslerimi oyrenmekleoxumaqla gorurem.
7 iyul 2019 07:41
4
Offline
Love Angel
Xosbextlik nisbi anlayaisdir. Her kes ucun ferqlidir xosbextlik. Uniye qebul olmaq en boyuk xosbextliyim ola biler.
11 aprel 2019 14:51
3
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
vipbetul
xosbextliyi sakit heyatda gorurem
11 aprel 2019 09:34
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Ahu
Zəhmətdən fəryad etmə, olsun qoy səndə qərar,
Zəhmətin axırında rahatlıq var, şadlıq var.
-Zehmet ve eziyyetin cox cekdim bu heyatin. Artiq rahat olmagin vaxtidi.

Men xosbextliyi azad olmagimda gorurem. Heyatdan o qeder bezdiriblerki meni hal hazirda hec bir sey meni xosbext etmir.
11 aprel 2019 07:47
1
09.05.2019 özəl

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri