Molla Pənah Vaqifin "Hayıf ki, yoxdur" qoşmasında təbiət gözəllikləri və həyat ziddiyətlərinə münasibət - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 298
Səs ver:
(səs: 0)
Molla Pənah Vaqif XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümuyəndəsidir. O həm mahir bir söz ustası, həm də görkəmli dövlət xadimi kimi böyük şöhrət qazanmışdır. Molla Pənah Vaqifin Azərbaycan poeziyası tarixində, onun yeni istiqamətdə inkişafında böyük xidmətləri olmuşdur. özündən əwəlki zəngin klassik və şifahi şeir ənənələrinə dərindən yiyələnən şair realist şeirin ilk nümunələrini yaratmaqla ədəbiyyatımızda yeni ədəbi məktəbin əsasını qoymuş, onun yaradıcılığı ilə poeziyalarımızda şifahi xalq şeiri üslubu üstün mövqe qazanmışdır. Vaqif şeirini səciyyələndirən əsas xüsusiyyətlər nikbinlik, xəlqilik və realizmdir.

Vaqif lirik şairdir. Onun yaradıcılığında məhəbbət mövzusu və gözəlliyin tərənnümü xüsusi yer tutur. Lakin özündən əvvəlki şairlərdən fərqli olaraq, Vaqif şeirində gözəlin və gözəlliyin təsviri daha real, onun həyatdan aldığı zövq daha yüksək, hisslər daha həssas, daha təbiidir. Bu lirikada nikbinlik aparıcı bir xətt kimi diqqəti cəlb edir. Vaqif ömrünün son çağlarında bir sıra haqsızlıqlar və çətinliklərlə üz-üzə gəlmiş, bütün bunlar ona böyük təsir göstərmiş və şairin yaradıcılığında ictimai motivlərin güclənməsinə səbəb olmuşdur. Lakin şairin ilk yaradıcılıq dövründə qələmə aldığı nikbin əhvali-ruhiyyəli şeirlərdə də ictimai motivlərə rast gəlmək mümkündür. Bu baxımdan «Hayıf ki, yoxdur» qoşması Vaqif yaradıcılığında xüsusi yer tutur. Bu şerin yazılma tarixi haqqında xalq arasında belə bir rəvayət vardır ki, İbrahim xan bir dəfə öz rəiyyəti ilə Kür qırağında köç salıb dincəlirmiş. Xanın burada çox qalacağını hiss edən el ağsaqqalları kömək üçün Vaqifə müraciət edirlər. Vaqif də bu şeiri yazaraq xanın məclisində oxutdurur və beləliklə, xanı saraya qayıtmağa həvəsləndirir.

«Hayıf ki, yoxdur» qoşmasında Vaqif əsrarəngiz təbii gözəlliklərə malik olan Kür qırağında abad bir kənd görmədiyinə təəssüflənir, belə gözəl yerdə yaşayan insanların kasıb və fərəhsiz həyat keçirməsi şairi kədərləndirir. Vaqif buradakı qız-gəlinlərin misilsiz təbii gözəlliyə malik olduğunu, lakin bu el gözəllərinin yoxsul geyindiyini təəssüf hissi ilə qeyd edir:.

Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə.
Bəzəyi, libası, hayıf ki, yoxdur!

Yüksək zövqə və zərif duygulara malik Vaqif gözəlliyi tamamlayan cəhətlərdən birinin geyim olduğunu göstərir və burada yaşayan gözəllərdə səliqə-sahmanın, bəzək-düzəyin yerli-yerində olmamasını təəssüf hissi ilə qeyd edir

Çünkı yorgunuyam mən bu yolların,
Bilirəm qaydasın hər üsulların.
Gümüş biləklərin, bəyaz qolların
Sarı kəhrəbası hayıf ki, yoxdur!

Vaqif sənətinə xas olan real təsvir, təbii və canlı dil bu qoşmada daha çox diqqəti cəlb edir. Şair bu əsərdə Kür qırağının bənzərsız təbiətinə, onun qız-gəlinlərinin təbii gözəlliyinə olan vurğunluğunu və heyranlığını da, belə əsrarəngiz bir diyarda yoxsul həyat tərzi keçirən insanların acınacaqlı yaşayışından doğan kədər və təəssüfünü də eyni dərəcədə şirin və səmimi bir dillə ifadə etmiş, gözəl sənət nümunəsi yaratmışdır. Məhz bu məziyyətlərinə görədir ki, «Hayıf ki, yoxdur» qoşması bu gün də oxucular tərəfindən sevilə-sevilə oxunur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 298
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love Angel
Çünkı yorgunuyam mən bu yolların,
Bilirəm qaydasın hər üsulların.
Gümüş biləklərin, bəyaz qolların
Sarı kəhrəbası hayıf ki, yoxdur!
17 aprel 2019 20:48
4
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
❤Nilay❤Canan❤
Xeber ucun tsekkur
16 aprel 2019 22:52
3
canan qizim sirin seker qizim.
Offline
vipbetul
Yüksək zövqə və zərif duygulara malik Vaqif gözəlliyi tamamlayan cəhətlərdən birinin geyim olduğunu göstərir və burada yaşayan gözəllərdə səliqə-sahmanın, bəzək-düzəyin yerli-yerində olmamasını təəssüf hissi ilə qeyd edir
16 aprel 2019 09:29
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BakılıQız
Çünkı yorgunuyam mən bu yolların,
Bilirəm qaydasın hər üsulların.
Gümüş biləklərin, bəyaz qolların
Sarı kəhrəbası hayıf ki, yoxdur!

#Mekteb illerinde severek ezberlediyim seir.
16 aprel 2019 08:15
1
◕‿ ◕

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri