Məhəmməd Füzulinin «Leyli və Məcnun» poemasının təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 30
Səs ver:
(səs: 0)
Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatının dünya şöhrəti qazanmış söz ustadlanndandır. Lirik şeirin bənzərsiz nümunələrini yaradan M.Füzuli qələminin gücünü, həmçinin epik janrda sınamışdır. Onun bu janrda yazdığı «Leyli və Məcnun» poeması epik şeirimizin ən gözəl nümunələrindən hesab olunur.

Poemanın mövzusu bütün şərq alemində əsl eşq fədaileri kimi qebul olunan Leyli və Məcnun haqqında geniş yayılmış bir məhəbbet əfsanəsindən götürülmüşdür. Bu mövzunu yazılı ədəbiyyata ilk dəfə başqa bir dahi Azərbaycan şairi N.Gəncəvi gətirmişdir. Lakin M.Füzulinin «Leyli ve Məcnun» poemasının əsasında Nizaminin eyniadlı əsəri dayansa da, o, bir sıra epizodlan dəyişmiş, yeni səhnelər düşünmüş, həmçinin əsərin tesir gücünü artırmaq üçün poemaya bir sıra lirik şeirlər daxil etmişdir. Ən əsası da odur ki, Füzuli əbədi mehebbet mövzusuna, insanın yaşaması, onun daxili azadlığı kimi məsələlərə fərqli təfekkür prizmasından yanaşmışdır. Nəticədə mütəfekkir şair orijinal ve son derəce mükəmmel bir söz abidesi ərsəyə gətirmişdir.

M.Füzuli «Leyli ve Mecnun» poemasını 1537-ci ildə qeləmə almışdır və onu Osmanlı hökmdarı Sultan Süleyman Qanuniye ithaf etmişdir. Müellif «Leyli və Məcnun» esərini yazmaqla heç de yalnız yeni bir mehebbet poeması yaratmaq istəməmişdir. Füzulinin yaşadığı dövrde azadfikirlilikle cəmiyyətin buxovlan arasında kəskin ziddiyyet var idi. Adet-eneneler insanın, ələlxüsus da qadının daxili azadlığını boğurdu. Mütərəqqi fikirli şair «Leyli və Məcnun» əsərində məhz bu kimi məsələləri qabardaraq dövrünün şəxsiyyət azadlığına qarşı çıxan, Insan talelərini qıran, faciələrə səbəb olan zərərli baxışlarını tənqid etmişdir. Bir-birini təmiz məhəbbətlə sevən Qeyslə Leylinin acı taleləri elə zəmanenin faciəsi kimi təqdim olunur. Şair iki aşiqin vüsala yetmədən həyatdan getmələrini təsvir etməklə göstərmək istəmişdir ki, ehkamların hökm sürdüyü cəmiyyətdə həqiqi məhəbbətə, insanın sərbəst düşünməsinə yer yoxdur.

Əsərin mərkəzi surəti varlı bir qəbilə başçısının ailəsində nəzir nıyazla doğulan Qeys-Məcnundur. M.Füzuli onun timsalında eşqi yolunda cəfa çəkən, məhəbbətini hər şeydən üstün tutan ideal bir aşiq obrazı yaratmışdır.

Məcnun dünyaya gələn gündən ağlayır. Əslində, dünyaya göz açan körpənin ağlaması təbii bir haldır. Ancaq şair bunu rəmzi mənada təqdim edir. Qeys gələcəkdə qarşılaşacağı müsibətləri qabaqcadan duyur və buna görə də ağlayır. Hələ uşaqikən özü ilə onu əhatə edən aləm arasında bir uyğunsuzluq hiss edən Qeys zəmanənin dərdini çəkmək istəyir.

Qeysin dünyaya gəlməsinin, uşaqlıq çağlannın belə rəmzi təqdimatı ilə onun sonrakı faciəli taleyi üst-üstə düşür. Məktəbə gedən Qeys burada ərəb qızı Leyliyə vurulur. Lakin Qeys bu məhəbbətdə xoşbəxtlik tapmır, əksinə faciələrə düçar olur. Onun saf eşqi, azad məhəbbəti eybəcər adətənənələrin, insan şəxsiyyətini alçaldan qadağalann hökm sürdüyü cəmiyyətdə cünunluq - dəlilik kimi qiymətləndirilir. Anası Leylini ondan ayırmaq üçün qızını məktəbə buraxmır. Aynlıq dərdinə dözməyən aşıq çöllərə üz tutur, öz azadlığını təbiətin qoynunda tapır, dərdini dağa, ceyrana, göyərçinə söyləyir. Ətrafdakılar Qeysin bu hərəkətlərini başa düşməkdə acizdiriər. Hamı onu Məcnun - dəli adlandınr. Leylinin atası qızını Qeysə bir şərtlə verməyə razıdır: O, eşq dəliliyindən sağaldılmalıdır. Lakin Qeys müqəddəs Kəbədə Tanndan ağıl deyil, daha artıq eşq diləyir və haqq aşiqinə çevrilir.

Qeysin cəmiyyətdən üz döndərməsi onun köhnəlmiş adət-ənənələrə, bütövlükdə zəmanəsinə bir etirazdır. O, dövrün buxovlarına baş əymir, daxili azadlığını, saf məhəbbətini uca tutur, Qeys Leylinin yoxluğuna dözə bilmir və onun qəbri üstündə həyatla vidalaşır.

«Leyli və Məcnun» poemasının ikinci qəhrəmanı Leylidir. Müəllif onun timsalında dövrün insan haqlarından məhrum qalan qadınlannın ümumiləşdirilmiş obrazını yaratmışdır. Məktəbdə zəkalı bir oğlan olan Qeysin qəlbini ovlayan Leylinin özü də onu bütün variığı ilə sevir və öz xoşbəxtliyini bu məhəbbətdə görür. Lakin qadının əşya kimi alınıb-satıldığı bir zamanda Leylinin xoşbəxt günlərinin ömrü qısa olur. Onu məktəbdən ayınb sevmədiyi, üzünü görmədiyi başqa bir adama - ibn Salama ərə veriıiər. Leyli Məcnuna göndərdiyi məktubda öz hüquqsuzluğunu belə təsvir edir:

Dövran ki, məni məzadə saldı,
Bilməm kim idi satan, kim aldı,
Olsaydı mənim bir ixtiyanm,
Olmaz idi səndən özgə yarim.

İxtiyarı özündə olmasa da, Leyli məhəbbətinə axıradək sadiq qalır. Onun ər evində günləri göz yaşları içində keçir. Zavallı qız düşdüyü vəziyyəti ay, şam, pərvanə, dəvə ilə müqayisə edir və onların hamısını özündən xoşbəxt sanır. Sevgilisi Məcnuna qovuşa bilməyəcəyini dərk etdikdə isə həyat onun nəzərində mənasını itirir və o, çıxış yolunu ölümdə görür.

Leyli döyrünün qadınlarının iztirablarını, mənəvi işgəncələrini əks etdirir. Fərq ondadır ki, Leyli mənən azaddır. Onun qəlbində qadın hüquqsuzluğuna qarşı kəskin etiraz var. Müəllif Leyli obrazını yaratmaqla qadın azadlığı problemini qaldırmış, zəmanəsində qadına bəslənilən haqsız münasibətə kəskin etirazını ifadə etmişdir.

Poemada təsvir edilən İbn Salam, Nofəl, Zeyd, Leyli və Məcnunun valideynləri kimi başqa surətlər əsərin ideyasının açılmasına, hadisələrin inkişafına kömək edirlər.

Dahi Füzulinin dühasından yaranan «Leyli və Məcnun» poeması dünya poeziyasında məhəbbət mövzusunda qələmə alınan ən yaxşı əsərlərdəndir. Sevimli bəstəkarımız Ü.Hacıbəyov 1908-ci ildə bu poema əsasında özünün «Leyli və Məcnun» operasını yazmışdır.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 30
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqqli eserdir
23 aprel 2019 09:43
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
diablo
Sitat: Love Angel
Dahi Füzulinin dühasından yaranan «Leyli və Məcnun» poeması dünya poeziyasında məhəbbət mövzusunda qələmə alınan ən yaxşı əsərlərdəndir.
20 aprel 2019 20:22
2
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var
Online
Love Angel
Dahi Füzulinin dühasından yaranan «Leyli və Məcnun» poeması dünya poeziyasında məhəbbət mövzusunda qələmə alınan ən yaxşı əsərlərdəndir.
20 aprel 2019 09:38
1
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri