Mənim otağım - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 141
Səs ver:
(səs: 0)
Biz üç otaqlı mənzildə yaşayırıq. Bizim mənzildə mənim ən xoşladığım otaq - mənim otağımdır. Mən öz otağımdan dərslərimi etmək üçün və yataq kimi istifadə edirəm. O rahat və xudmanidir.

Mənim otağımda çox mebel yoxdur, yalnız lazım olan ev əşyaları vardır. Divarlarda qurulmuş mebel elə də yer tutmur.

Solda mənim çarpayım və yazı masam durmuşdur. Stolun çoxlu siyirmələri var, mən onlarda kitab-dəftərlərimi, qələmlərimi, karandaşlarımı və digər lazımi əşyalarımı saxlayıram.

​Sağdan divan və qurulma şkaf yerləşmişdir. Sağ güncdə rahat kreslolar qoyulmuşdur. Onların yanında mavi abajurlu lampa dayanıb.

Mən lampanı yandıraraq, kresloda əyləşib maraqlı kitab oxumağı çox xoşlayıram.

Mənim otağımda bir neçə kitab rəfi vardır. Bu rəflərdə Azərbaycan və ingilis dillərində kitablar görmək olar. Döşəmədə böyük qalın xalça salınmışdır. Divarda mənim sevdiyim bir neçə kino qəhrəmanının şəkilləri asılmışdır.

Bu otaq mənim çox xoşuma gəlir.

Dostlarım məni görməyə gəldikdə, mən hökmən bu otağı onlara göstərirəm.

Mənim otağım iş və istirahət üçün çox yaxşı yerdir.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 141
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
GünAy
Sitat: BakılıQız
Men oz otagimi xoslamiram, cunki heyatyoldasimla bolusurem. Cox isterdim tek otagim olsun

Hmmm. Mən də sevmirəm.
21 iyun 2019 18:41
3
Səni çox sevirəm həyatımın mənası heart
Offline
BakılıQız
Men oz otagimi xoslamiram, cunki heyatyoldasimla bolusurem. Cox isterdim tek otagim olsun
21 iyun 2019 18:22
2
Offline
vipbetul
esasen asaqi siniflercin mazraqli insa movzusudur
21 iyun 2019 10:00
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri