Nəyə görə kitabı qorumalı? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 111
Səs ver:
(səs: 0)
Mən kitab oxumağı çox xoşlayıram. Lakin mənim tanışlarımdan bəziləri, hətta onların arasında yaşlılılar da var, belə fikirləşirlər ki, kitab oxumaq vaxtın boş yerə getməsidir. Belə insanlar, hətta maraqlı kitabı açıb oxuduqda, onları dərhal yuxu tutur və ya heç bir şey başa düşmürlər. Mən əminəm ki, belə insanlar səhv fikirləşirlər, onlar, hətta anlamırlar ki, nə qədər maraqlı və faydalı şeyləri əldən buraxırlar.

Kitab - nələrisə bilən insanlarla, öyrənmək və bilmək istəyən insanlar arasında bir vasitədir. Bilən insanlar öz bilgilərini kağıza həvalə edir və kitab yazırlar. Belə insanlar dünyalarını dəyişsələr də, onların bilikləri hələ də yaşayır.

Əlbəttə müasir zamanda bir çox vasitələr: radio, televiziya, kompyuterlər vardır ki, bunların vasitəsilə insanlar bir-birilə ünsiyyət saxlayır, maraqlı verilişlər hazırlayır, informasiya mübadiləsi edirlər. Lakin televizora baxdıqda sən yalnız, sənə təqdim edilən verilişlər arasında seçim edə bilirsən. Kitabxanaya müraciət edəndə isə, istədiyin mövzuya aid sənə maraqlı olan kitab və digər nəşrə müraciət edə bilirsən.

Məsələn, hal-hazırda televiziyada uşaq proqramları qıtlığı hökm sürür. Kitablar isə istənilən yaş üçün və istənilən mövzuda nəşr edilir.

Mütaliə edilən müxtəlif ədəbiyyat, bizə tək yeni-yeni şeyləri öyrənməkdə yardımçı olmur, eləcə də peşə seçimində, tərbiyədə, mənəvi inkişafda məlumatlanmaq üçün əvəzedilməz bir vasitədir.

Kitablar möcüzələr etməyə qadirdir. Yaxşı kitab oxuduqda, ondan duyulan ləzzət hissi ilə digər bir şeyi müqayisə etmək çətindir. Kitabın qəhrəmanı ilə sevinmək və kədərlənmək, onun dərdinə şərik olmaq hissləri -müqayisəolunmazdır.

Kitablar bizi keçmişlə, öz xalqımızın və dünyanın müxtəlif xalqlarının mədəniyyəti və incəsənəti ilə tanış edir, hətta gələcək haqqında da müəyyən informasiya verir. Yaxşı və maraqlı kitab sənin dostun ola bilər, sənin sevincli və qəmli günlərində sənin yanında ola bilər.

Kitablara qayğı və məhəbbətlə münasibət bəsləmək lazımdır, belə olan təqdirdə onlar bizimlə bölüşməyə razılıq verər və öz əsrarəngiz və sirli aləmlərinin qapılarını üzümüzə açarlar.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 111
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Oxuyub öyrəndiklərimizə görə kitablara borcluyuq.Kitab bilik mənbəyidir.
1 iyul 2019 10:23
2
......
Offline
vipbetul
kitab elm menbeyidir medeniyyetdir terbiyedir dunya gorushdur kitab bir ornek mektebidir
1 iyul 2019 10:11
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri