Səməd Vurğunun "Vaqif" dramında Vaqif və Qacar surətlərinin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 29
Səs ver:
(səs: 0)
Xalq şairi Səməd Vurğun Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən müqtədir simalardan biri, XX əsr Azərbaycan şeirinin ən qüdrətli nümayəndəsidir. Azərbaycan ədəbiyyatının bu əsrdəki inkişafının mühüm bir mərhələsi onun adı və çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Xüsusən poeziyamızın inkişafında onun mövzu və məzmunca zənginləşməsində Səməd Vurğunun mühüm xidmətləri olmuşdur.
Səməd Vurğun yaradıcılığa çox gənc yaşlarından başlamış, «Şairin andı» adlı ilk şeirlər kitabını 1930-cu ildə çap etdirmişdir. Şairin yaradıcılığı lirik və dramatik növlərin müxtəlif janrlarını əhatə edir.
S.Vurğun bir dramaturq kimi də şöhrətlənmiş, «Vaqif», «Fərhad və Şirin», «insan» və s. kimi ölməz səhnə əsərləri yaratmışdır. Şairin dram əsərləri içərisində «Vaqif» xüsusi yer tutur. 1937-ci ildə yazılmış bu əsərdə S.Vurğun Azərbaycanın XVIII əsr tarixinə, şair M.P.Vaqifin həyat və fəaliyyətinə üz tutaraq Azərbaycanın yaradıcı ziyalısı və onun vəzifəsi, şairlə xalq kütlələrinin mənəvi birliyi probleminin bədii həllini verməyə çalışmışdır.
Əsərin əsas qəhrəmanı Vaqifdir. Biz onu həm vəzir kimi, həm şair kimi, həm də əyilməz bir şəxsiyyət kimi görür, onunla fəxr edirik. Əsərdə Vaqif özü səhnəyə çıxmadığı hallarda belə müəllif onun haqqında söhbət açılmasına imkan yaradır və bu söhbətlər Vaqifin hörmət və şöhrəti, saraydan şikayəti və s. haqqında təsəvvür oyadır. Vaqifin düşmənləri də onun el arasındakı nüfuzundan, diplomatik hünərindən, cəsarətindən və eyibləri ifşa edən kəskin istehzasından qorxurlar.
Vaqifi təqdim üsullarından biri də onun qəzəl, qoşma və məktublarının oxunmasıdır. Toy və məclislərdə xanəndələrin Vaqifin qəzəllərini muğam üstə ifa etməsi, çobanların onun qoşmalarını böyük məhəbbətlə oxuması göstərir ki, Vaqifin şeirləri musiqinin əkiz qardaşı, toy və ziyafətlər bəzəyi könül oxşayan mənəvi sərvətdir.
Vaqif «bütün cənnətləri quracaq insan» etiqadına əsaslanır və bu etiqadla da təbiəti və gözəlləri vəsf edir, xeyir işə, şadlığa can atır, insanlan azad və xoşbəxt görmək istəyir. O, əsərdə üç gərgin dramatik vəziyyətə düşür, üç konfliktlə qarşılaşır və üç dəfə sınaqdan çıxıb özünün şairlik əzəmətini, insanlıq ləyaqətini təsdiq edir. Vaqif mənən sadə və zəngin olduğu qədər də, düşmən qarşısında xalq qüvvəsini, xalq hikmətini nümayiş etdirən məğrur və əyilməz bir insandır. O, Qacarın təəccübünə rəğmən onun qarşısında əyilmir, məğrur duraraq:

Əyilməz vicdanın böyük heykəli! - deyir.

Vaqif xarici işğalçılara qarşı mübarizədə də əsas aparıcı qüvvə kimi çıxış edir. O, Qarabağ üzərinə hücuma keçən işğalçı orduya qarşı xalqın mübarizəsini təşkil edir. Xalq hərəkatına Eldar adlı xalq qəhrəmanı başçılıq etsə də, mənəvi rəhbərlik məhz Vaqifin üzərinə düşür. Müəllif Vaqif simasında Azərbaycan xalqının mənəvi ifadəsini, yüksək güc və qüdrətini, dərin ağıl və zəkasını əks etdirərək ümumiləşdirir.
Vaqif dramının əsas mənfi surətlərindən biri Qacardır. Qacar, demək olar ki, Vaqifin tam əksi olan bir obraz kimi verilmişdir.
Qacar qandan doymayan bir qəsbkar, bütün bəşəriyyətə qarşı kinli olan məhdud ehtiraslar sahibidir. Dünyanın hər gözəlliyi ona sevinc gətirmək əvəzinə, daha da qəzəbləndirir. Qacar yalnız öz qılıncına arxalanır, heç kimə inanmır. Çünki hamının qəzəb və nifrətinə bais olduğunu özü də bilir. Etiqadsız və etibarsız yaşadığı üçün qılınc və qan kəlmələri Qacarın dilində tez-tez təkrar olunur:

Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə birxanimandır!..
Bir boynu olsaydı bəşəriyyətin,
Onu bir qılıncla vurardım yəqin!

Qacar özünün nəsil-nəcabəti ilə öyünür, lakin şərəfsiz, məsləksiz bir fateh kimi başını Qarabağda yerə qoymalı olur. Bu qudurmuş baş Koroğlunun Misri qılıncı ilə vurulur.
«Vaqif» dramı həm mövzu aktuallığına, həm məzmun keyfiyyətinə, həm də ideya-bədii xüsusiyyətlərinə görə təqdirəlayiq bir əsərdir. Bu mükəmməl sənət nümunəsi oxucu və tamaşaçıları öz keçmiş tarixinə, babalarımızın qəhrəmanlıq ənənəsinə qaytarır, onlarda vətənpərvərlik, humanizm kimi keyfiyyətlər aşılayır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 29
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
İlaha
Bu əsərin ixtisarla olan variantını oxumuşam. İbrətamiz məqamlar çoxdur.
7 sentyabr 2019 23:22
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri