Səadətə gedən yol əmək cəbhəsindən keçir - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 22
Səs ver:
(səs: 0)
Əmək insan həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtidir. Xoşbəxtliyin, bəxtiyarlığın açarı zəhmətdə, alın tərindədir. Səadətə, xoş günlərə gedən yol yalnız əmək cəbhəsindən keçir. Əmək insanı ucaldır, onu şöhrətləndirir. Xalqımız arasında əməyə aid çoxlu gözəl atalar sözləri vardır. Bunlardan bəzilərinə diqqət yetirək:
«İş insanın cövhəridir», «lşləməyən dişləməz», «Əmək xoşbəxtliyin açarıdır», «Zəhmət olmayan evdən tüstü çıxmaz», «lstəyirsən bol çörək, al əlinə bel, kürək».
Bəziləri əmək, zəhmət dedikdə, elə fıkirləşirlər ki, bu yalnız fiziki işdir, fəhlə və ya kəndli əməyidir. Lakin zehni işlə məşğul olan tədqiqatçılarımızı, elmin yüksək zirvələrini fəth edən alimlərimizi, bədii yaradıcılıq sahəsində çalışan şair və yazıçılarımızı, rəssam və bəstəkarlarımızı və başqalarını da unutmaq olmaz.
Əmək şandır, şərəfdir, şöhrətdir. Yazılı ədəbiyyatımızda əməyə aid çoxlu gözəl nümunələr vardır.
Görkəmli şairimiz Hüseyn Arifin «Fəhlə əli» şeiri qurub-yaratmaq eşqi ilə yaşayan, öz zəhməti ilə xalqın dərin rəğbətini qazanmış fəhlələrə, onların qabarlı əllərinə həsr olunmuşdur. Şair fəhlə əllərindən qürurla, böyük məhəbbət hissi ilə danışır. Fəhlə əlləri müqəddəsdir, xariqələr yaradan, zirvələr fəth edən bir vasitədir. Şair bu əllərin qədir qüvvəsini, gücünü poladla, dəmirlə müqayisə edir, bu əllərin sahibini ucaların ucası sayır və göstərir ki, zəhmətkeş fəhlə əlləri heç vaxt özgə süfrəsinə uzanmamışdır. Şeirdə fəhlə əlləri, bu əllərin halal zəhməti yüksək iftixar hissi ilə tərənnüm edilir.

Ovcunda qaynayıb coşur bu əlin,
Zavod da, mədən də, torpaq da, su da,
Qızılgül ətritək xoşdur bu əlin
Benzin qoxusu da, neft qoxusu da.

Həyatda ən gözəl şey zəhmətlə, ağıllı insan əlilə yaranan şeydir. Əmək bizim ən yaxın dostumuzdur. Şairə Mirvari Dilbazi özünün «əməkdir mənim adım» şeirində yalnız və yalnız əməklə yüksəldiyini, əməyin ona xoşbəxtlik və səadət gətirdiyini, əməksiz yaşaya bilmədiyini göstərir.

Inci, mirvari deyil,
Əməkdir mənim adım,
Həyatımda bir gün də
Əməksiz yaşamadım.
Odur ancaq ən yaxın,
Əziz, doğma sandığım.
Ağır zamanlarımda
Hər vaxt arxalandığım.
Evimin, ailəmin
Odur bəxtiyarlığı.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 22
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri