Rus dilini birlikdə öyrənək

Müəllif: Zeynuş
Şərhlər: 5
Baxılıb: 17 372
Səs ver:
(səs: 6)
Azərbaycanda ciddi informasiya qıtlığı yaşanır. Mən bunu yorulmadan hər yerdə hər zaman deyirəm. Bəlkə də, çoxu bezib. Amma bu reallıqdır və bununla barışmaq yox, mübarizə aparmaq lazımdır. Bizim silahımız dil silahı olmalıdır. Bir fərd olaraq informasiya qıtlığı yaşamamaq üçün gərək ana dilimzdən başqa heç olmasa bir dil də öyrənək,bilək. Bizə yaxın olan dil türk dilidir və onu çoxu asanlıqla öyrənir. Filmlər,seriallar, mahnılar,kitablar çoxuna türk dilini öyrənmək üçün kömək olur. İkinci dil ingilis və rus dilləridir,ki onları öyrənmək bir az çətin olsa da , lakin çox kömək ola bilər. Səbəblər sadədir, həm bu dillər dünyada ən çox işlənilən dillərdən biridir, həm də Azərbaycanda bir çox iş yerlərinə işçi qəbul etməmiş onlardan bu dilləri tələb edir və ən əsas da informasiya sarıdan bolluqdur.

Düzü ingilis dilini yaxşı bilmirəm, demək olar ki, heç bilmirəm. Amma rus dili ikinci ana dilim kimidir. Ona görə düşündüm ki, bildiklərimi bloquma yerləşdirim və asan dildə bu dili sizə sevdirməyə və daha sonra öyrətməyə çalışım. Audio yazı da yerləşdirəcəm,çünki bu dildə bəzi hərflər,bəzi sözlər tam başqa cür səslənir və düşündüm ki audio yazı sizə kömək olacaq və işinizi asanlaşdıracaq.

İlk öncə öyrənmək istəyənlərə məsləhətim odur ki, yaxşı olar ki iki dəftər ayırasınız. Biri lüğət biri isə qayda dəftəri.

Sxem təxmini belədir. Mən sizə hər dəfə bir qayda başa salacam. Daha sonra bir-iki çalışmanı ev tapşırığı kimi verəcəm. Gələn dərsdə ilk olaraq ev tapşırığını edəcəm ki, daha aydın olsun və səhvlərinizi görəsiniz. Və ən əsas da sözlər verəcəm öyrənməyə.

Nə dərəcədə kömək olacam bunu zaman göstərəcək.

Suallarınız və təklifləriniz varsa şərh bölməsinə yaza bilərsiniz.

İndi isə keçək ilk dərsimizə.

İlk öncə alfavitə nəzər salaq:

Аа [a] , Бб [be], Вв [ve], Гг [qe], Дд [de], Ее [ye], Ёё [yo], Жж [je],

Зз[ze], Ии [i], Йй [iyh], Кк [ka], Лл [el], Мм [em], Нн [en], Оо [o],

Пп [pe], Рр [er], Сс [es], Тт [te], Уу [u], Фф [ef], Хх [xa], Цц [tse] –bizim dildə belə bir hərfin və səsin olmamasına baxmayaraq, çoxu [ç] yerinə bu səsi çıxarır J-,

Чч [çe], Шш [şa], Щщ [ yumuşaq şa], ъ [tvyordıy znak-heç bir səs çıxarmır],

ы[ı], ь [myaqkiy znak-önündə olan hərfi yumuşaldır.],

Ээ [e], Юю [yu], Яя [ya].

Rus dilində:

33 hərf var.

10 sait 21 samit Ъ (tvyordıy znak) , Ь (myaqkiy znak)

Bu hərflər heç bir səs vermir və sözlərdə qrammatik rol oynayır. Onlar haqda daha ətraflı bir aza yazacam.

42 səs var.

6 sait səs 36 samit səs.

Sait hərflər (гласные буквы) : а , о , у , ы , э [ qalın saitlər (твердые гласные) ]

я , ё , ю , и , е [ incə saitlər (мягкие гласные) ]

Sait səslər: [а] [о] [у] [ы] [э] [и].

Samit hərflər cütlü və cütsüzlərə bölünü.
Qeyd! ilk yazdığım samitlər cingiltili, ikincilər isə kar (cingiltisiz) samitlərdir:

- Cütlü (парные): [б] — [п] , [в] — [ф], [г ] — [к], [д] — [т ], [ж] — [ш] [з] — [с]

- Cütsüz qalın(həmişə qalın) – (непарные твёрдые (всегда твёрдые) ) : [ж] [ш] [ц];

- Cütsüz incə (həmişə incə) – (непарные мягкие(всегда мягкие) ): [ч] [щ] [й]

- Cütsüz cingiltili (həmişə cingiltili) – (непарные звонкие (всегда звонкие)): [л] [м] [н] [р]

- Cütsüz kar(həmişə kar)-(непарные глухие(всегда глухие)): [х] [ц] [ч] [щ]

Bu səslər fışıltılı (шипящие) səslərdir J : [ж] [ш] [ч] [щ].

Yadda saxlamaq!

Ъ və Ь hərfləri heç bir səs bildirmir. Az öncə qeyd etdiyim kimi bu hərfllər sırf qrammatik rol oynayır.

Ъ (Tverdıy znak ) — bu hərfə həm də "разделительные твёрдый знак” deyilir, yəni "ayıran”. Bunun səbəbi var. Adətən bu hərf sözlərdə hərfləri bir birindən ayırmaq üçün işlənilir. Məsələn:

Объяснить – anlatmaq, başa salmaq. və обяснить- rus dilində belə bir söz yoxdur. Əgər bu hərf (б) ilə (я) –nın arasında olmasa söz mənasını itirir. – @qeyda :udio yazıya qulaq asın.

Ь (myaqkiy znak) – bu hərf isə sözlərdə yumşaldıcı rol oynayır. Və bəzən bu hərfə də "разделительный мягкий знак” deyilir. Çünki bu hərf də bəzi sözlərdə həm yumşaldıcı həm də ayırıcı rolu oynayır. Məsələn:

Семья- ailə, və Семя- toxum- arasında məna və oxunuş fərqi var. @qeyd! : audio yazıya qulaq asın.

Öyrəniləcək sözlər @qeyd!: həm yazılışı həm oxunuşu öyrənmək. :

Дождь- Yağış

Гора- Dağ

Кора- Qabıq (ağacın qabığı)

Дрова- Odun

Трава- Ot

Зуб- Diş

Суп- Sup

Лук- Soğan, Ox

Стрела- Ox

Луг- Çəmənlik

Полка- Rəf

Палка- Çubuq

Брат- Qardaş

Сила- Güc

Замирать- Donub qalmaq

Ряд- Sıra

Потерять- İtirmək.

Свет- İşıq.

İndi isə "ev tapşırığı” J:
Переведите слова. Указать, какие звуки служат для различения следующих пар слов. — Sözləri tərcümə edin . Aşağıdakı söz cütlüklərini ayırmaq üçün istifadə edilən səsləri göstərin.

Гора-кора, трава-дрова, зуб-суп, лук-люк, полка-полька, брат-град, сила — села, замирать-замерять, рад-ряд,
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 17 372
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri