Nitq hissələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 446
Səs ver:
(səs: 4)
Dilçilik elminin beynəlmiləl adı linqivistika adlanır (lingua-dil). Dilçilik dilin qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır:fonetika, leksikologiya, dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və geniş bölməsi qrammatikadır.
Qrammatika özü də iki hissədən ibarətdir: 1.Morfologiya 2.Sintaksis.
Morfologiya yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. Sintaksis də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri daxilində əlaqələnməsindən bəhs olunur.

Nitq hissələri
Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11 əsas nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.
Qeyd: Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır.Leksik şəkilçilər sözə qoşularkən sözün yalnız mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişir.

Əşya və hərəkət
Qrammatikada əşya dedikdə canlı və cansız, gözlə görünən və ya təsəvvür edilə bilən bütün varlıqlar və anlayışlar nəzərdə tutulur. Hərəkət dedikdə isə yalnız baş vermiş hadisə deyil, mövcud olması və ya olmaması da götürülür.
Əvəzlikdən başqa digər nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik isə əvəz etdiyi nitq hissəsindən asılı olaraq həm əşya, həm də hərəkətlə bağlı olur.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 8 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri