Kimlərə əsl vətənpərvər demək olar? - İnşa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 34 523
Səs ver:
(səs: 44)
Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunları zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.

Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.

Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalşılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənimizi düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər.

Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə, bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlar son dövrlərin Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir.

Mən bu yazımda belə qəhrəmanlardan biri – Hüseynov Vüqar Tofiq oğlu haqqında danışmaq istəyirəm.

Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuş Vüqar kənd orta məktəbini batirdikdən sonra Bakı şəhərində 14 nömrəli texniki-peşə məktəbində təhsil almış, buradan da orduya xidmətə getmişdir. Ordudan tərxis olunduqdan sonra Binəqədi Neft-Qazçıxarma idarəsində elektrik qaynaqçısı işləyirdi.

Qarabağ savaşı onu da başqa vətən gəncləri kimi düşmənlə üz-üzə qoydu. Könüllü olaraq cəbhəyə gələn Vüqar ilk günlərdən ermənilərin qəniminə çevrildi. Özünü döyüşlərin ən qızğın meydanına atır, düşmənə qan uddururdu.

Döyüşlərin biri Buzluq kəndi uğrunda idi. Düşmən bütün qüvvələrini səfərbər edərək Buzluq kəndinə yiyələnmək istəyirdi. Vüqar yoldaşları ilə ön postlardan birində mövqe tutmuşdur. Gün ərzində bu dəstə beş hücuma məruz qalmışdır. Hər dəfə erməniləri yaxına buraxıb sərrast atəşlə tələfata uğradırdılar. Düşmən getdikcə quduzlaşır, irəli soxulmağa can atırdı. Qarşı tərəfdən də güllənin az atılması onları şirnikdirmişdi. Səngərə çataçatda güclü atəşə tuş olub bir anlığa çaşbaş düşdülər. Elə bu andaca cəsur döyüşçülərimiz irəli atılıb əks-hücuma keçdilər. Qələbə çalındı, lakin dəstəyə ağır bir itki üz verdi: igid və qorxmaz Vüqar Hüseynov bu döyüşdə qəhəramanlıqla həlak oldu.

İgid Vətən oğlu doğma torpaq, müqəddəs yurd uğrunda canını qurban verdi, şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşdu. Vətəni sevən, vətən yolunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, qədirbilən xalqımızın qəlbində əbədi yaşayırlar.
(səs: 44)
Şərhlər: 4
Baxılıb: 34 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri