Xəbərsiz...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 11
Baxılıb: 2 094
Səs ver:
(səs: 1)
Həyat yoldaşımla bir kafedə idik və qəhvə içirdik. Ərim cavan və yaraşıqlı idi və məni dünyalar qədər sevirdi. Mənim əynimdə nimdaş bir palto var idi. Bu palto bütün həyatımı korlayırdı. Natamamlıq kompleksindən əziyyət çəkirdim və bu köhnə, nimdaşlığından bədənimi də isitməyən paltodan nifrət edirdim. Kafe çox ucuz yer idi, qəhvə də dadsız. Məndə oturub xəyal qururdum ki, nə vaxtsa məndə bahalı kafelərdə, gözəl restoranlarda ərimlə birgə oturacam və əynimdə də dəbli və bahalı geyimlər olacaq. Həyat yoldaşım isə mənə sevgi dolu baxışlarla baxırdı, ürəyimdə düşündüyüm bu xəyallardan xəbərsiz idi. Bilmirdi nəyə görə kədərlənirəm.
O çox cavan dünyasını dəyişdi. Mən isə tənha qaldım. Mənim həyatımda sonra çox bahali kafelər dəbli geyimlər oldu. Anca O artıq yox idi. Mən tez tez bu epizodu xatırlayıram, o dövrdə ki, mənim hər şeyim var idi, amma mən bundan xəbərsiz idim.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri