Axmağın hekayəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 313
Səs ver:
(səs: 0)
Adamın biri, halından şikayətlən'rmi.: "Çalışıram, vuruşuram ancaq dolana bilmirəm. Üstəlik, təkəm, kimim kəsim yox" Belə qəmli qəmli durarkən, bir qərar verir. Yollara düşüb bir mələk tapacaq, halını izah edib ondan bu haqsızlığı düzəldilməsini istəyəcək.

Yola düşmüş. Dağda bir canavara rast gəlmiş. Ayaqda çətin dayanan, bir dəri bir sümük qalmış canavar, adama yaxınlaşmış, hara getdiyini soruşub. Adam dərdini anlatmış, "Bir mələk axtarıram. Onu tapıb mənə edilən haqsızlığı düzəlişini istəyəcəyəm"

Bunun üstünə canavar, "Mənə də bir yaxşılıq et" demiş, "mən də gecə gündüz gəzirəm, bir tikə yemək çətin tapıram. O mələyə məndən söz et, belə aclıqdan ölmək üzrə canavar da olurmu deyə soruş"

Adam yola düşmüş. Çox keçmədən qarşısına gözəl bir qız çıxmış. Qız da ona hara getdiyini soruşub. Mələk hekayəsini dinlədikdən sonra adamın əllərinə sarınmış:

"Yalvarıram o mələyə ki, mənim vəziyyətimi da danış. Gəncəm, gözələm, varım, hər şeyim var, amma xoşbəxt deyiləm. Xoşbəxtliyə çata bilmək üçün nə etməliyəm lazımdır, nə olar o mələyə soruş"

Adam, mələklə danışacağına söz vermiş və yola davam etmiş. Yorulduqda dincəlmək üçün bir ağacın altına uzanmış. Ətraf yamyaşılmış amma bu ağacın az qala bir tək yarpağı belə yoxdur. Təbii ağac, vəziyyətinə çox üzülürmüş. Dərdli dərdli yanmağa başlayıb:

"O mələyi tapanda məndən də bəhs edər edə bilərsənmi? Bax, necə də bərəkətli bir torpaq üstündəyəm. Bütün ağaclar yarpağa, meyvəyə boğulmuş. Mənimsə heç nəyim yoxdur. Digərləri kimi olmaq üçün nə etməliyəm, mələyə soruş"?

Adam, ağaca da "yaxşı" demiş və yoluna davam etmiş

Nəhayət, mələyi tapmaqdan ümidini kəsmiş, əl çəkmək üzrə olanda, mələk qarşısına çıxar.

Adam dərdini anlatmış, mələk adamı dinləmiş və "yaxşı, yaxşı"! Demiş. "Zəngin və xoşbəxt olabilmen üçün sənə bir şans verirəm. İndi gəldiyin yoldan get, evinə qayıt".

Mələyin bu sözləri üzərinə arxayınlaşan adam canavarın, qızın və ağacın xahişlərini xatırlamış və mələyə onları da danışmış. Mələk onlar üçün də bir şeylər söyləmiş. Adam bunları da bir gözəl dinləmiş və çevrilib yoluna geri dönmüş.

Ağacın yanına gələndə mələyin söylədiklərini yada salmış:

"Köklərinin tam yanında basdırılmış qızıl dolu bir sandıq varmış. Bu üzdən bəslənə bilmirsən. Qidalanmağın üçün yarpağın və meyvələrin yoxdur. Sandıq çıxarsa, sənin də meyvələrin və yarpağın olacaq".

"Yaşasın"! Demiş ağac: "Tez onu qaz və o sandığı çıxart"!

"Xeyr" demiş adam, "Mələk mənə öz şansımı verdi. Evimə qayıtmağım lazım" Və yoluna davam etmiş.
Gənc qız həmin yerdə onu gözləyib. Adamı görəndə qaçmış və "Mələk nə dedi"? Deyə soruşmuş. "Sevinclərini və kədərlərini bölüşməli birini tapıb da evlənsən bütün dərdlərin həll olunacaq, xoşbəxt olacaqsan" demiş adam. O zaman qız, "Gəl səninlə evlənək, xoşbəxt olmağa çalışaq"! Deyə atılmış. Adam, "xeyr," demiş. "Buna vaxtım yoxdur. Mələk mənim şansımı verdi, bir an əvvəl evə getməliyəm. Sən də özünə başqa bir ər tap artıq"

Çox keçmədən o, bir dəri bir sümük canavar çıxmış qarşısına. Öz şansını tapmaq üçün evinə getdiyini, tələsməli olduğunu deyib. "Bəs mən"! Demiş kurt, "Mənim üçün nə dedi? Onu söylə və çıx get "!" Senin üçün dediyini mən anlamadım" demiş adam; "Mələk dedi ki, o kurt, yeyəcək bir axmaq tapana aç susuz gəzməyə məhkumdur".

Canavar, "mən çox yaxşı anladım" demiş və axmağı yemiş.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri