Cızıq

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 4 363
Səs ver:
(səs: 0)
İnsan gəlir dəniz sahilinə intihar etməyə. Çünki heç kəs onu saya almır, heç kəs hesablaşmırdı. Dəniz onu qəbul etmək istəmir, səhvini də anlada bilmir və çəkilir geri. İnsan daha bir neçə addım atır ki, suya qovuşsun. Dəniz yenə içinə yığılır. İnsan irəlilədikcə dəniz çəkilir, dəniz çəkildikcə unsan irəliləyir. Və xoşuna gəlir bu oyun. Nəhayət ki, ondan qorxan, onunla hesablaşan tapılmışdı. İntihar qəsdindən əl çəkir insan, həyat mənalı gəlir ona. Amma dənizin üstünə getməkdə də davam edir.

Dəniz gerilədikcə öz içində bulanırdı, daha əvvəlki şəffaflığı, saflığı qalmamışdı, sıyığa dönmüşdü. Çəkilə-çəkilə bərkiyib buzlaşır, şüşələşirdi. Geriyə yol yox idi artıq. İnsan durur birdən. Əyilib suyun güzgü səthində öz əksini görür. Elə bilir dəniz aldadıb onu. Əslində batıb o suda, dəniz alıb onu içinə, udub. Hirslənir insan, yerdən bir daş götürüb güzgü səthə tolazlayır. Dəniz çilik-çilik olur. Sıxılmış enerji xilas olub buzu əridir, dəli hayqırtı ilə irəli şığıyır, dalğalar doğma sahillərə atılır. İnsan durulmuş sularda qərq olur.

Şəhla Nihan
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri