Mənalı hekayələr - Əcdadlarının sümüyü; Ayaqqabılar #6

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 2 838
Səs ver:
(səs: 0)
Əcdadlarının sümüyü
İspaniyada əcdadları ilə fəxr edən bir kral varmış. Bu kral kasıblara, zəiflərə qarşı öz qəddarlığı ilə tanınırmış.
Bir gün kral öz adamları ilə Araqon çölündə gəzirmiş. Neçə illər əvvəl bu çöllərdə baş verən bir döyüşdə o, atasını itiribmiş. Kral görür ki, bir yaşlı kişi çölün düzündə bir qalaq sümük yığıb.
- Burda nə edirsən? - kral kişidən soruşur.
Qoca deyir:
- Əlahəzrət! Mən eşitdim ki, bu gün siz-kral Həzrətləri adamlarınızla bura gələcəksiniz, ona görə də rəhmətlik atanızın sümüklərini tapıb sizə hədiyyə etməyi qərara aldım.. Amma nə qədər axtarsam da, atanızın sümüklərini tapa bilmirəm. Çünki sizin atanızın sümükləri də kasıbların, dilənçilərin sümükləri ilə eynidir.

Ayaqqabılar
Sovet İttifaqının süqutundan sonra Belçikanın ayaqqabı şirkətlərindən biri Rusiyaya iki nümayəndəsini göndərir ki, bu ölkədə məhsullarının satılıb-satıla bilməyəcəyi imkanları öyrənsinlər. Tezliklə nümayəndələrin hər ikisindən xəbər gəlir.
“Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Biz burda fabrik açası olsaq ağır itkilər verib ziyan çəkərik.”- birinci nümayəndə belə yazır.

İkinci nümayəndə isə belə yazır:
“Burda heç kəs Qərb ayaqqabıları geynmir. Əgər biz burda fabrik açası olsaq bu ölkəyə yeni dəb gətirib bütün məhsularımızı sata bilərik.”
P.S. Bu hekayələrdən nə nəticə çıxardınız?
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri