Mənalı hekayələr - Kimin nəyi varsa.. #7

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 2 912
Səs ver:
(səs: 1)
Bir müdrik Akbar kəndinə gəlir, amma heç kim ona əhəmiyyət vermir. Bir neçə gəncdən başqa müdrik heç kim üçün maraq kəsb etmir. Əksinə, kəndin sakinləri istehza edib, onu dolayırlar. Bir gün müdrik öz şagirdləri ilə kəndin ən böyük yolundan keçirmiş. Bu vaxt bir neçə qadın və kişi müdriki təhqir etməyə başlayır. Müdrik onlara yaxınlaşıb onu təhqir edənlərə alqış edir. Həmin adamlar çıxıb gedəndən sonra şagirdləri müdrikə irad tutub deyirlər:
- Onlar ağızlarına gələni sizə dedilər, siz isə onlara xoş söz dediniz.
Müdrik şagirdlərinə belə cavab verir:
- Bizim hər birimiz nəyimiz varsa, onu da başqalarına təklif edirik.

P.S. Bu ibrətli hekayədən hansı nəticəni çıxardınız?
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri