Mənalı hekayələr - Yarpaq adam #18

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1320
Səs ver:
(səs: 0)
Yaşıl gözləri yaşıl kirpiklərinin arsından dupduru uşaq gözü kimi boylanıb ağarmış saç-saqqalını işıqlandırdı. Əlini yerə dayayıb namazdan qalxdı, pəncərədən boylanan günəşi salamladı, dibçəkdəki gülləri suladı, çörək qabındakı qırıntıları ovcuna yığıb eyvanda dən axtaran sərçələrə səpdi. Titrək addımlarla otağa qayıdıb radionu yandırdı. Bülbülün ifasında “Sənsiz” dalğa-dalğa ətrafa yayıldı. Qoca köhnə kreslosuna yayxanıb gözlərini yumdu.

Ömür-gün yoldaşı Sara xatun yaşıl libasda gözlərinin qabağında peyda oldu.

- Bu paltar sənə çox yaraşır... - Qoca özü də hiss etmədən titrək səslə pıçıldadı.

Sara xatun gülümsədi, gözləri, kirpikləri, saçları yarpaqladı.

Qoca bir ömür dünyanın ən gözəl qadınını – yaşıl qadınını belə sevmişdi.

İllər sonra, ömrünün ahıl çağında möcüzə baş verdi, onun da ruhu titrədi, kirpikləri yarpaqladı. Əvvəl qorxdu, arvad ərinin təptəzə yarpaqlarını oxşayıb onu inandırdı ki, hər kəsin içində yaşıl bir ağac var. Kimsə bu ağacın kökünü yandırmasa, baltalamasa, sındırmasa, günlərin birində mütləq zoğ atacaq, yarpaqlayacaq, yaşıllaşacaq.

Qoca ömrünün naxışına inandı, yarpaqlarının qeydinə qaldı.

Sara xatun ömrünün son anlarında yaşıl yarpaqlarından birini qoparıb ərinin ovcunda gizlədib dünyanın o üzünə köçdü...

Qoca yaşıl yarpağın başına dolanırdı, sığallayırdı, qayğısına qalırdı. Bir gün sübh çağı bədəni başdan-başa yarpaqladı, yaşıllaşdı, adam özü boyda yaşıl ağaca çevrildi.

Adamlar ondan qorxub qaçmağa başladı, kimi onu bədbəxt, kimi xəstə saydı. Kimi bu möcüzədən havalanıb onu müqəddəslərə oxşatdı...

Yarpaq adamın içində zərrə boyda yaşıllığı olmayan adamlara yazığı gəldi, vaxtını büsbütün ibadətdə keçirdi.

Musiqi bitdi, Sara xatun gülümsəyib yarpaqların arasında gözdən itdi.

Qoca da gülümsədi, yarpaqlarını sulamaq üçün namaz otağına keçdi...

Təranə VAHİD
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1320
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Maraqlı hekayə idi
Təşəkkürlər
15 oktyabr 2020 22:58
4
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 81112
Xəbər sayı: 30
BARBI
Maraqli hekayedie.Bele derinn sevgiler yalniz hekayelerde var
14 oktyabr 2020 16:41
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 328
Xəbər sayı: 0
Bal
MARAQLIDI TƏŞƏKKÜRLƏR
14 oktyabr 2020 16:28
2
Şərh sayı: 1122
Xəbər sayı: 0
♡Tək Nur♡
Maraqlıdı. təşəkkürlər
14 oktyabr 2020 15:18
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri