İstəmədiyim gərçək idi bu. Acı doğru. Solğun həyat... Çarəsiz idi hər şey. Həyatı, gözləri, gülüşü... Hər şeyi. Bir bilsəniz bu sətirlər nə qədər doğrudu. Nə qədər səmimidi. Həmişə gedərdi o, heç gəlməmiş kimi. Amma heç qınamadım onu. Çarəsiz idi... Söz vermişdim, qəlbimdə qalacaqdı, ölmüş arzularımın yanında, göz yaşlarımda... Mən getməyəcəkdim, həmişə olduğum yerdə qalacaqdım.
Xoşbəxt olmağını dilərdim hər gecə Tanrıdan, axı deyirlər o hər şeyə qadirdi. Tanrı, niyə dualarımı eşitmirsən? Axı o xoşbəxt olmalı idi... Lənətə gəlmiş o xəstəliyə məğlub olmamalı idi, mən çarəsizi sevməməli idim. İndi neyniyim mən? Bu əsəbim keçsin deyə qablarımı sındırım? Yoxsa gedib ona bərk-bərk sarılım? Bu yolda məni tək qoydun, onuda aldın illər sonra anamıda alacaqsasn... Tanrı rahat burax məni. Rahat!
Bəlkə hər keçən gen onu məndən alırsan, bəlkədə indi aldığı nəfəslərin sayı azalır... Azalır Tanrı, gedir o... Gedir. Amma ən azından onun yanında gülə bildim illər sonra, ürəkdən... Yanında xoşbəxt ola bildim və növbəti sətr...
Bundan xəbərsiz idim. Öləcəyinə inanırdı, çox tez, anidən. Yox bu sətir alınmır, növbəti sətir.
Bir dəqiqə bizim mahnımızda "play”i basım. Yox, bizim mahnımız yox idi, onlar hamımızın mahnıları idi. Dostlar, bu xəstəlik ona layiq deyildi. Sətirləri belə itirmişəm, gedən heçnəyi qaytara bilmirəm, qaçsam yetişməyə bilərəm saatlar sürətlə alır itənləri, gedənləri.
Lənətə gəlsin yox, yox düşüncəsi belə qorxuncdu! Onun məzarı ilə söhbət və balaca qızımın mənə "Ana” deməsi? Yox, getsin bu düşüncələr, gedin, gedin!
Bu yolları sökün, burda keçmişdən qalan xatirlər var, sol çiynimidə alın, saçlarının rəqsi qalıb. Məni keçmişə qaytara bilərsiz? Heçmi mümkün deyil? Bəs onda niyə bizi uşaq vaxtı "Qırmızı xalat” kinosuna inandırmışdınız?
Sənin psixoloq ehtiyacın var qızım.
Yox, xala mən dəli deyliəm,dəli deyiləm axı... Siz heç xoşbəxtliyinizi bədbəxtliyə çevirməyi düşündünüzmü?
Sakit ol! Əlindən nə gəlir axı? Ötənləri tək başına geri qaytarmağa gücün çatmayacaq, sənin möcüzəyə ehtiyacın var.
Tanrı, möcüzəmi geri qaytar, yalvarıram geri qaytar...