Zəhər qədər acı da olsa, həqiqət dərmanını için

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 800
Səs ver:
(səs: 3)
Zəhər qədər acı da olsa, həqiqət dərmanını için.

Bir vaxtlar Uzaq Şərqdə bir imperator var idi. Artıq qocaldığı üçün yerinə bir adam seçmək istəyirdi. Ancaq nə övladlarından, nə də yaxınlarından ürəyinə yatanı yox idi. Bir gün imperator ölkəsindəki bütün gəncləri sarayına yığdı və "Artıq qocalmışam. Aranızdan birini imperator seçmək istəyirəım”, - dedi. Gənclərin təəccübləndiyini görən imperator davam etdi: "Bu gün hərənizə bir toxum verəcəyəm. Siz evlərinizə gedin o toxumu əkin. Bir il sonra da böyütdüyünüz toxumlarla yanıma gəlin. Mən də sizdən birinizi öz yerimə seçim”. Bu gənclər arasında Linq adlı biri də var idi. O da başqaları kimi toxumu götürdü. Evə gəlib hər şeyi anasına danışdı. Anası bir saxsı və bir az torpaq götürüb oğlu ilə toxumu əkdi. Sonra birlikdə toxuma qulluq etməyə başladılar. Ancaq nə qədər qulluq etsələr də, toxum cücərmirdi. O, vaxtdan üç həftə keçmişdi. Hamı toxumlarının necə böyüməyindən danışırdı. Ancaq Linqin saxsısı hələ də boş idi. Linq bundan çox təəssüfləndi. Ən çox da imperatorun onu bacarıqsız adlandırmağından qorxdu. Ancaq dostlarına heç bir şey demədi və səbirlə gözləməyə başladı. Nəhayət bir il sona çatdı. Bütün gənclər yetişdirdikləri gül-çiçəklərlə imperatorun hüzuruna gəldilər. Linq əvvəlcə boş saxsını aparmaq istəmədi. Ancaq anası ona cəsarət verib imperatorun yanına göndərdi. Linq boş saxsı ilə saraya üz tutdu. Saraya çatanda gördüyü gül-çiçəklərin gözəlliyi gözlərini qamaşdırdı. Sonra imperator gəlib bütün gəncləri salamladı. Linq isə imperator görməsin deyə arxada gizləndi. İmperator, "Çox gözəl gül-çiçəklər yetişdirmisiniz”, - dedi. Sonra əlində boş saxsı dayanan Linqi gördü. Tez mühafizəçilərindən onu yanına gətirməyi əmr etdi. Linq çox qorxdu və ürəyində "Yəqin ki, imperator bacarıqsızlığıma görə məni öldürəcək”, - deyə düşündü. Linqin əlindəki boş saxsını görən gənclər gülməyə başladılar. İmperator onları sakitləşdirdi. Linqdən adını soruşandan sonra üzünü gənclərə tutub, "Buyurun, yeni imperatorunuzu salamlayın. Onun adı Linqdir”, - dedi. Linq gözlərinə inanmadı. Çünki adi bir toxumu yetişdirə bilməyən bir adamdan necə imperator ola bilərdi? İmperator davam etdi: "Bir il əvvəl burada hamınıza bir toxum verdim. Ancaq o toxumlar adi toxumlar deyildi. Çünki hamısı qaynadılmışdı. Bu toxumlıardan heç bir şey bitə bilməzdi. Ancaq Linqdən başqa hamınız cürbəcür güllər, çiçəklər gətirdiniz. Çünki toxumunuzun böyümədiyini görüb onu başqası ilə dəyişdirdiniz. Təkcə Linq içərisində mən verdiyim toxum olan boş saxsını gətirdi. Buna görə də hamınızın içərisindən onu imperator seçdim”.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri