Lütfən, məni yıxılmağa qoyma!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 298
Səs ver:
(səs: 2)
Ən nəcib, ən ülvi və ən fərdi əzab məhəbbət əzabıdır…
F.Engels

Gecəyarıdır.Yağış pəncərəmi döyür. Külək vıyıltısı… Qaranlıq otaq, səssizlik… Yatağımda tək-tənha… Ürəyimdən sanki daş asılıb. İlk dəfədir ki, ağlamıram. Hə, bəzən acılar o qədər dərin olur ki, insanın göz yaşları da donur. Sadəcə gözlərim sonsuz nöqtəyə zillənib və düşüncələrimdə tək sən varsan. Mənim olmayan və heç vaxt olmayacaq SƏN!

Ümidsiz məhəbbətim! Bəziləri doğulanda onların taleyinə sevgi vüsalı yazılmır, qisməti sadəcə həsrət! Mən də həsrət üçün doğuldum. Sənin uzaqlarda həsrətini çəkmək üçün… Qollarında mələklər kimi şirin-şirin uyumağı arzularayaq sənsiz yuxuya getmək üçün… Qayğını, nəvazişini, saçlarımda əllərinin hənirtisini, yanaqlarımda dodaqlarının istisini arzula-arzulaya həyatı başa vurmaq üçün…

Gecikmiş səadətim…
Gecikdin… Bəlkə də mən tələsdim… Amma, nə fərq edər… Əsas olan birlikdə xoşbəxt olduğumuz anlarda da bunu doya-doya yaşaya bilmədik! Səndən ayrı qalmaq və bir ömür boyunca bu ayrılıq yükünü çəkməyi dərk etmək çox çətindir, əzizim, çox!

Sevgi ona görə lazımdır ki, o, ucadır, onunla ucalırsan.
Amma, məhəbbətimin ümidsizliyi, səadətimin gecikməsi sevgimə - o təmiz, pak hislərimə xələl gətirdi, ucaltmadı məni, əksinə yazıq durumuna duşurub, qürurumu ayaqlar altına saldı… Səni tanıdığım ilk gündən mənim olmağını bilirdim zatən… Qəbul etmişdim. Mənim olmasan da, mənimlə ol, demişdim. Olmadı. Tükəndi sevgimiz. Amma necə gözəldi o anlar… Xatırlayanda burnumun ucu göynəyir… Lap qəribsəyirəm o sevgimiz üçün…

Səsli-küylü şəhərdən uzaqlarda olarkən…
Xatırlarsanmı, gecə səhərə qədər şirin-şirin söhbətlərimizi… Nələrdən danışmazdıq, nələri müzakirə etməzdik. Doymurduq bir-birimizdən. İlahi, sevgi necə müqəddəs bir duyğuymuş. İtirdik o müqəddəs duyğunu. İkimiz də… Bir də yaşayacayıqmı?

Nə sevgi sədəqə deyil, nə mən dilənçiyəm əl açım sənə… Heç bilmirəm hansı şair yazıb bu kəlmələri, amma necə də gözəl yazıb.
Heç xoşlamıram sevgi romanları oxumaq, məhəbbət hekayələri dinləmək, hindistan kinolarına baxmaq. Eynilikdən, şablonlardan yoruluram… Bəlkə də, qatmaqarışıq hislərdən ibarət bu esse də bir şablon. Amma, bunu sadəcə sənin üçün yazdım.

Dostluq!
Deyirlər, dostluq sevgiyə çevrilir, amma sevgi dostluqla bitmir… Yalandır! Hirsli, kinli, ədavətli, ədalətsiz, vicdansız, hissiz insanlar üçün deyilib bu sözlər. Amma nə yaxşı ki, biz onlardan deyilik. Nəyi itirsək də, dostluğumuzu itirmədik! Hər şeyə dözərəm, səni dost kimi itirməyə əsla! Sən hər zaman arxam-dayağım, mənə düzgün yol göstərən, səhvlərdən çəkindirən mələyim, düşünən ağlım olaraq qalacaqsan… Yalnız bu dayağı itirdiyimdə yıxılacam! Lütfən, məni yıxılmağa qoyma!

P.S. Bəs, siz məhəbbətin dostluqla bitəcəyinə inanırsınızmı?
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri