Bir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb:
- «1000 mq », — deyə cavab verdi.
Professor:
- «Yox, cavab düz deyil » — dedi.
Sonra tələbə sualın doğru cavabını
xatırladı və yenidən ayağa qalxıb:
- «250 mq », — dedi. Professor
tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən:
- "Çox təəssuf, bir az əvvəl 1000 mq
dərman verdiyiniz xəstəniz öldü", —
dedi.
Sinifə dərin bir səssizlik çökdü. Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi: «Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur».