Mən səni eyni
dayanacaqlarda gözlədim. Yağışda, qarda eyni dəqiqələrdə səni
gözləyirdim. Mən necə təsəvvürlər etdim, səni yenidən görmək ümüdü ilə
alışıb yandım. Gözlərində o dəfə ki, kimi itmək istəyirəm, sənə qarışıb saçlarını qoxlamaq istəyirəm…
Heç havanın
vəziyyətinə fikir vermirdim. Çünki fərq etmirdi mənə, gecə və gündüz
gözləyirdim səni. Arada acırdım, mağazaya girib bulka ilə qarnımı
doydururdum. Bəzən düşünürdüm ki, zamanı geri qaytarmaq olsaydı yenidən
səni bu dayanacaqda görərdim. Sevgi bilmədiyin anda gəlib səni tapır.
Heç
gözləmədiyin vaxtda, məkanada fikir vermədən sənin qarşında dayanır.
Onsuzda mən axtarmırdım sevgini, özü məni tapacaq ümüdü ilə gəzirdim
küçələri. Elə təsadüfən bir qış axşamı tapdı məni. Çox gözəl görsənirdi.
Əynində qara kurtka, boynunda qırmızı şərf və əlləri qırmızı əlcək ilə
örtülmüşdü. Saçları çox gözəl idi. Səliqəli şəkildə arxaya daranmışdı.
Möhtəşəm bir gülüşü ilə ovsunladı məni. Kaş gec gələrdi avtobus.
Lənət olsun,
həmin an sözlərimi bir-bir geriyə udqunmağa məcbur oldum. Yarımçıq
qaldım, yuxusuzluğuma səbəb oldun. Xəyallarım genişləndi, hər gecə səni
bir film kimi izləyirəm beynimdə. Artıq uzun zamandır ki, həmin
dayanacağa gedib gəlirəm. İyirmi dört saatın, on dört saatı səni
gözləməyə həsr olunur. Ancaq yatmağa gedirəm evə, ya da ki, səni
xəyallarımda izləməyə gedirəm. Səni dayanacaqda, qara kostyumum ilə hər dəfə gözləyirəm.
Gəlişin üçün
çox darıxıram, inan ki, gəldiyi an səni qollarım ilə sarımaq istəyirəm.
Bilirəm, məni sadəcə beş dəqiqəlik izlədin, amma o baxışlar məni on dört
saatlıq gözləməyə vadar etdilər. Hərdən düşünürəm ki, görəsən səsin
necədir. Lap elə sənin səssizliyin üçün darıxmışam. Adıvı öyrənə
bilmədim. Eybi yox gəldiyin gün səni sevgi deyə çağıracam…
Yenə bu səhər
çayımın içinə kədər qatırdım. Kədərli çayımı içdikdən sonra, dayanacağa
yollanacaqdım. Səni səssiz gözləyirdim, ancaq gəlişivin səsli olmasını
istəyirdim. Soyuq bir fəsil yaratdın mənim üçün, gecələr üşüyürəm.
Beynimdə səninlə bağlı olan xəyallarım isidirdi məni. Bu gün günəş var,
ağlayan buludlar yoxdur. Günəşdə qəribə görsənirdi mənə, amma sənin
saçların külək ilə rəqs edəndə anladım ki, qəribə olan mənəm. Bu gün tez
gəldin, çünki on dört saat hələ tamam olmamışdı. Sevgi deyə qışqırmaq
istədim, ancaq öz səsimi eşitə bilmirdim. Əllərimi açıb, sənin yanıva
qaçmaq istədim, amma ayaqlarım getmirdi. Qəribə bir səs eşitdim, burda
yatmaq olmaz deyə polis oyandırdı məni. Gözlərim ilə səni axtardım, yuxu olmasın deyə öz-özümə pıçıldamağa başladım…
Bəzən düşünürəm
ki, bəlkə də səssiz sevmək gözəldir. Amma sonra düşünürəm ki, axı mən
ona toxunmaq istəyirəm. Hətta o ağlayanda yanında olub ovuclarım ilə göz
yaşlarını toplamaq istəyi keçir içimdən. Saçlarını əllərim ilə daramaq,
dizlərinin üzərində yataraq günəşi qarşılamaq istəyirəm. Yox ee yox mən
ona toxunmalıyam, qollarım ilə onu sarıyıb, gözlərim ilə sevdiyimi ona
deməliyəm. Kaş indi yanımda olardın, çünki bu gün mənim ad günümdür.
Kasıb olsamda, dükandan balaca bir tort almağa pulum çatdı. Bax aşkım,
bu şamı sənin üçün üfürürəm. Daynacaqda məndən başqa heç kim yoxdur. Nə
olar qaçaraq gəl gözlərimi bağla. Bilirəm qəribədir xəyallarım,
tanımayan bir insanın gözlərini necə bağlayacaqsan. Amma mən beş dəqiqəlik sənə baxmaqla, o gündən sonra, on dört saatımı səni gözləməyə ayırdım…
Bəlkə də təsadüf
deyilən bir şey yoxdur, bəlkə də var nə bilim. Sevgi bəzən insanı yora
bilər, hətta bəzən ağladıb, güldürə bilər. Mən hər şeyə hazır idim bu
səhərdə. Bu gün sənə bir gül almaq içimdən keçdi. Bəlkə gələrsən
dayanacağa, məni görərsən deyə bu dəfə gül dəstələri ilə səni
dayanacaqda gözləməyə başladım. Zaman hər zaman axır, onu saxlamaq
mümkün deyil. Qolumdaki saatın əqrəbləri sənin üçün işləyir. İlk
gördüyüm andan bəri səni gözləyirəm gülüm. Niyə o gündən sonra gəlmirsən
deyə öz-özüm ilə yenə də danışmağa başladım. Nənəm demişdi ki,
sevirsənsə və o sevgini gözləməyə bacarırsansa o mütləq sənin yanıva
gələcək. Nənəm haqqlı idi. Başımı aşağı əyərək oturaqlı vəziyyətdə
şalvarımı təmizləyirdim. Niyə sən belə tərssən, mən yola baxdığım zaman
görsənmirsən. Yaxşı ki, başımı tez qaldırdım və səni avtobusa minərkən
görə bildim. Bu dəfə səni itirə bilməzdim. Güllərivi əlimdə bərk-bərk
saxlayaraq sənin dalınca qaçdım. Yetişəcəm sənə sevgi deyə qışqırmağa
başladım. Yəqin ki, sürücü anladı məni və insafa gəlib avtobusu saxladı.
İçəri daxil olan kimi, gözlərim səni axtardı. Təngə nəfəs olmuşdum,
ancaq bu gülləri sənə vermək üçün nəfəsimi tükətməyə belə hazır idim.
Necə də gözəl gülürsən, bilmirəm gülləri bəyəndin yoxsa məni. İnan ki,
ilk dəfədir tanımadığım bir qadına gül verirəm. Gülümsə hər zaman, məndə
çox xoşbəxtəm, aylarımı on dört saatlıq sənə həsr etdim. Bilirsən heç
çəkinmədim sənə yaxınlaşdığım zaman. Utanmadan adımı özüm dedim sənə,
sənin adıvı soruşa bilmədim. Çünki sən gülürdün, məndə sənin gülüşüvə
həvəslə baxaraq suallarımı unutdum. Eybi yoxdur, adıvı zamanla bilərəm. İndi mən yalnız sənin gülüşüvü izləmək istəyirəm…
Sevgi
qayğıdır, saatıvı onun üçün ayırmaqdır. İndi əmin oldum ki, saatlarım
boş-boşuna keçmədi. Çünki sən mənə qayğı göstərərək, saatlarımı
qaytardın…