Bir Dzen hekayəsi

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 3 108
Səs ver:
(səs: 1)
Bir Dzen hekayəsini xatırlayıram:
İnsanların monastırda nə etdiyini öyrənmək istəyən hər şeylə maraqlanan bir kral ətrafından "ən məşhur ustad kimdir?" deyə soruşur. Bu günlərdə ən məşhur ustadın Nan-in olduğunu öyrənir və onun monastırına gedir. İçəri daxil olduqda bir ağackəsənlə rastlaşır. "Bu monastır çox böyükdür, Ustad Nan-ini necə tapa bilərəm" deyir.
Odunçu bir neçə saniyə gözlərini bağlayıb düşündükdən sonra, "hazırda onu tapa bilməzsən" deyir.
Kral, "niyə indi tapa bilmərəm ki?" deyə soruşur.
O, "Dəxli yoxdur" deyə cavab verir. "Hər kimsənsə bu sənin öz işindir, əmin ol ki, indi onu tapa bilməzsən".
"Çöldədirmi?" - deyə kral sual verir.
"Yox, içəridədir" - deyə odunçu deyir.
Kral deyir: "Hər hansı bir işlə, ayin və ya zikrləmi məşğuldur? Nə məsələdir?"
Adam cavab verir: "O, indi sənin qarşında odun doğrayır. Və mən odun kəsəndə, sadəcə odunçu oluram. Bu dəqiqə ustad Nan-in haradadır? Mən, sadəcə bir odunçuyam. Gözləməlisən".
Kral düşünür: "Bu adam dəlidir, əsl dəli. Ustad Nan-in odun doğrayır? Bir az qabağa gedir, odunçunu arxada buraxır, Nan-in isə işə davam edir. Qış yaxınlaşır və odun lazımdır. Kral gözləyə bilər, amma qış gözləmir.
Kral bir saat, iki saat gözləyir və daha sonra arxa qapıdan ustad xalatında Nan-inin daxil olduğunu görür. Kral ona baxır, odunçuya bənzədir. Amma kral aşağı əyilir. Ustad oturur və sual verir: "Niyə buraya gəlmək üçün bu qədər zəhmət çəkdin?".
Kral deyir: "Bir çox şeyə görə. Amma o sualları sonra soruşacam. İlk öncə bilmək istəyirəm, sən bayaqkı odun doğrayan adamsanmı?"
Ustad cavab verir: "Mən indi ustad Nan-inəm. Eyni adam deyiləm, bütün hər şey dəyişib. İndi burada ustad Nan-in kimi oturmuşam. Sən də bir mürid kimi hörmət və təzim ilər suallar verirsən. Bəli oradakı odun doğrayan adam mənə çox bənzəyirdi, amma o odunçu idi. Onun da adı Nan-in idi".
Kral o qədər çaş-baş qalır ki, vermək istədiyi sualları vermədən ordan ayrılır. Saraya geri gəldikdə köməkçiləri nə baş verdiyini soruşurlar. O deyir: "Ən yaxşısı olanları unutmaqdır. Bu ustad Nan-in təmiz dəliyə oxşayır. Ağac doğrayırdı və mənə "mən odunçuyam, ustad Nan-in indi uyğun deyil" dedi. Daha sonra eyni adam ustad xalatında gəldi, suallar verdim və cavabında mənə "bayaqkı adam odun doğrayırdı, bir odunçu idi, mən isə ustadam", - dedi".
Saraydakı adamlardan biri deyir: "Siz onun demək istədiyi əsas məsələni qaçırmısınız. Ağac kəsdiyi zaman o, tamamilə bu işə girişir. Ustad Nan-in olmasını iddia edəcək heç bir şey qalmır, o, sadəcə bir odunçu olur".Tərcüməsi çox çətin olan Dzen dilində o tam olaraq "mən bir odunçuyam" demirdi, "indi odun doğranır" deyirdi - Sadəcə odun doğranır və o bu işin içinə o qədər girib ki, onun üçün, sadəcə odun doğranılır: "Odun doğrama işi baş verir". O, ustad kimi gəldikdə isə, əlbəttə ki, artıq yeni bir qurğu yaranır. Eyni hissələr artıq fərqli ahəngdədirlər. Yəni işin içinə tam girsən, hər hərəkətdə fərqli bir insan olarsan. OSHO 
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri