Bir Sultan saray əhliylə birgə dəniz səyahətinə çıxmağı qərara alır. Beləliklə, onlar gəmiyə minib açıq dənizə çıxdılar.
Gəmi sahildən aralanan kimi heç vaxt dəniz səyahətində olmayan,
həyatının çox hissəsini dağlarda keçirmiş saray adamlarından biri
qorxusunu gizlədə bilməyib, hamını narahat etdi.
Həmin kişi gəminin anbarında oturub elə hey qışqırır, yeyib-içməkdən
imtina edir, yatmırdı. Hər kəs onu sakitləşdirməyə cəhd edir, ona başa
salmağa çalışırdılar ki, hər şey onun düşündüyü kimi təhlükəli deyil. O
isə onların sözünü eşitsə də vəziyyətində heç bir dəyişiklik olmurdu.
Sultan nə edəcəyini bilmirdi, mavi səma altındakı sakit dənizdəki
səyahət onlar üçün əzaba çevrildi.
İki gün keçdi, amma gəmidə olanların heç biri kişinin bağırtısından bir
dəfə də olsun rahat yata bilmədi. Artıq Sultan sahilə qayıtmaq haqqında
əmr vermişdi. Bu vaxt sarayda öz müdrikliyi ilə tanınan bir kişi
Sultanın yanına gəlib deyir:
— Əlahəzrət, əgər icazə versəydiniz, mən o kişini sakitləşdirərdim.
Azacıq tərəddüddən sonra Sultan müdrik kişiyə deyir ki, nəinki ona
icazə verir, əgər kişini sakitləşdirə bilsə lap onu mükafatlandırar da.
Müdrik kişi əmr edir ki, qışqır-bağır salan kişini dənizə tullasınlar.
Bir neçə nəfər gəminin anbarında oturub qışqıran kişini qamarlaylıb
dənizə tulladı.
Kişi bir az suda çabaladı, çoxlu duzlu dəniz suyu uddu, suyun üzünə
çıxıb əvvəlkindən də möhkəm bağırdı, yenidən batdı. Sonra var qüvvəsini
toplayıb bir daha suyun üzünə çıxdı. Yalnız bundan sonra müdrik kişi onu
sudan çıxarmağı əmr etdi.
O vaxtdan etibarən heç kim kişinin səsini eşitmədi, azacıq da olsa
gileylənmədi. Səyahətin qalan günlərini sakitcə başa vurdu, hətta
yanındakılardan birinə səmanın və dənizin necə gözəl olduğunu da
demişdi.
Gəmidə olan hər kəsə əzab olan səyahət gözəl istirahətlə əvəz olundu.
Geriyə qayıtmazdan bir neçə gün əvvəl Sultan həmin müdrikin yanına gedir, ondan soruşur:
-Hardan ağlına gəldi ki, yazıq kişini dənizə atmaqla o sakitləşəcək?
Müdrik cavab verir:
-Mən bunu özümün evlilik həyatımdan bilirəm. Mən həmişə arvadımı
itirməkdən qorxurdum, o qədər qısqanc idim ki, mən də bu kişi kimi bütün
günü qısqanclıqdan qışqırıb- bağırırdım. Bir gün arvadım daha dözmədi,
məni tərk edib getdi. Mən onsuz yaşamağın əzabını daddım. Arvadım bir
şərtlə geri qayıtdı ki, mən bir daha qısqanclığımla onun həyatını zəhər
etməyim. Bu kişi də heç vaxt duzlu dəniz suyu daddmamışdı, heç vaxt suda
boğulanın nələr çəkdiyini hiss etməmişdi. O bunları hiss edəndən sonra
gəminin içində olmağın necə rahat olduğnu başa düşdü.