Uşaqların sağlamlığının sadə və effektiv qiymətləndirilməsi sistemi hazırlanıb

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 1 683
Səs ver:
(səs: 0)
Beylor Universiteti əməkdaşlarının 368 ibtidai məktəb şagirdinin iştirakı ilə apardıqları eksperiment nəticəsində əl gücü zəif olan uşaqların sağlamlıq problemləri ilə daha çox qarşılaşdıqları məlum olub.

Qadınla.com bildirir ki, eksperiment zamanı dinamometrin köməyi ilə uşaqların hər iki əlinin gücü ölçülüb və sağlamlıq vəziyyəti qiymətləndirilib. Təxminən iki il sonra onların səhhəti yenidən müayinədən keçirilib. Əvvəlcədən oğlanların 27,9 faizi, qızların isə 20,1 faizi "zəiflər" qrupuna salınıb. Onların sağlamlıq keyfiyyətinin aşağı düşməsi riski əl gücü göstəriciləri normal olan uşaqlardan üç dəfə çox olub

Qeyd edək ki, əlin sıxılması gücü ilə ölçülən əzələ zəifliyinin sağlamlıq problemlərinin əlaməti olduğu faktı həkimlərə bəlli idi. Doğrudur, adətən bunu daha çox böyüklərə aid edirlər. Xüsusən, bu problem tez-tez ürək-damar və metabolik xəstəliklər ehtimalının artması ilə əlaqələndirilib
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri