Fillər mənim dostumdur

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 3 055
Səs ver:
(səs: 0)
İngilis dilində olan fil sözü yunan mənşəlidir və tərcüməsi fillərin rəngi deməkdir (ivory)

Dünyada 3 fərqli növ fil vardır: Afrika Savana filləri, Afrika meşə filləri və Asiya filləri

Afrika və Asiya fillərini bir birindən fərqləndirmək çox asandır. Afrika fillərinin qulaqları iridir və Afrika qitəsi formasındadır. Asiya fillərinin qulaqları isə nisbətən kiçikdir və Hindistana bənzəyir.

Fil dünyada ən böyük məməli heyvandır. Bununla bərabər mayalanma müddətləri də ən uzun olan canlıdır. Dişi fil 5 ildə 1 dəfə bala verir və hamiləlik müddəti 22 aydır.

Fillərin dişləri hər zaman böyüyür. Onların dişlərinə baxıb, çox şeyi müəyyən etmək olar. Afrika fillərində həm dişi, həm də erkək də dişlər uzansa da, Asiya fillərində sadəcə erkəklərdə fillər uzanır.

Onlar gündə 12-18 saatlarını ot, meyvə və s. yeməyə həsr edirlər. Bununla da daha çox ifraz edirlər. Tonlarla olan ifrazatları isə ağaclar və başqa bitkilər üçün təbii gübrədir.

Fillər özləri üçün təbii günəş kremi hazırlayırlar. Suda çiməndən sonra palçıqla üzərlərini örtürlər.

Fillər gəzə və tez yürüyüş edə bilirlər, ancaq onlar hoppana bilmirlər.

Dişi fillər ailə kimi bütün dişi fillərlə birlikdə yaşasalar da, erkək fillər hər zaman subay həyatı sürürlər.

Fillər heç vaxt unutmur. Onların yaddaşı var və hətta itirdikləri ailə üzvlərinə görə kədərlənə bilirlər.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri