Öz bədənlərini yeyən heyvanlar

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1 835
Səs ver:
(səs: 0)
Bir çox insan, həyatının bir dövründə dırnaqlarını yemişdir. Bəzi canlılar isə, başqa səbəblərdən vücudlarındakı daha böyük hissələri yeyə bilərlər.

Heyvanlar aləmində əksər canlılar adamyeyənlik xüsusiyyətinə malikdirlər. Həyatda qala bilmək və ya hakimiyyətini qorumaq üçün öz növünün üzvlərini də yeyirlər.

Lakin, bunun çox daha ekstremal nümunələri var. Bəzi heyvanlar öz bədənlərinin parçalarını yeyirlər. Bu maraqlı davranış, "özünü yemə" adlandırılır.

Bəs niyə heyvanlar bu davranışı göstərirlər?

Həyatda qala bilmək üçün

Heyvanların aclıqdan öz bədənindən parçalar yediyi görülməyib. Amma, tələyə düşən bir çox heyvanın xilas olmaq üçün ayağını, ya da quyruğunu gəmirib qopardığına çox rast gəlinib.

İt, ayı və meymunların, hər hansı bir yerə sıxışan qol və ayaqlarını qurtarmaq üçün dəri, əzələ və sümüklərini gəmirdikləri qeydə alınıb.

Bu qara Asiya ayısının ayağı tələyə düşərək yerindən qopub.
2007-ci ildə Sumatradakı bir milli parkda çəkilən pələngin ön pəncəsinin olmadığı görülüb. Onun tələdən xilas olmaq üçün öz pəncəsini gəmirdiyi ehtimal edilmişdi.

Lakin bunların heç biri özünü yemək demək deyil. Bu heyvanlar ölməkdənsə, qalan bədən üzvlərini qopardıb xilas olmağa üstünlük verirlər.

Tulumlular beyinlərini həzm edirlər
Ancaq, bədənlərinin hissələrini yeyən heyvanlar da var. Tulumlular adı ilə bilinən və okeanda yaşayan bəsit dəniz heyvanı, qurbağa sürfəsinə bənzər bir vəziyyətdə olarkən, bir qayaya yapışıb həyatına orada davam edir.

Eyni tırtıllar kimi, onlar da çevrilmədən keçirlər. Yetkin tulumluların daxili və xarici, sürfədən tamamilə fərqlidir.

Okeanda yaşayan tulumlular da tırtıl kimi çevrilmədən keçir və yetkinliyə çatdıqda sürfədəki sinir telini itirir.
Sürfənin bədəni boyunca uzanan sinir və ucundakı "beyinə bənzər düyün", işıq və cazibə qüvvəsini hiss etsin və yapışa bilsin deyə, bir yer tapmasına kömək olur. Yetkinlik çağında bunlara ehtiyacı qalmadığına görə, bu hissələri həzm edərək başqa orqanlara çevirir.

Quyruq yeyən ilanlar
İlanlar isə öz quyruqlarını yeyirlər. Başqa ilanları yeyən kral ilanı və ya siçan ilanı bəzən öz quyruğunu da başqa ilan sanıb udmağa çalışır. Bu, qəsdən özünü yemə deyil, təbii ki.

Xüsusilə də, quyruqlarını yellədən növlərdə, quyruqlarını ov bilib hücum etməyə daha çox rast gəlinir.

Bəzi ilanlar isə, dəri dəyişdirərkən çıxan köhnə dərini yeyirlər. Quyruq qismi hələ vücuduna yapışıq olduğu vəziyyətdə isə ilan, öz quyruğunu yeməyə davam edə bilir.

Buradakı kobra ilanı, dişisini yeyir. Ancaq, bəzi ilanların öz quyruqlarını ov sanıb, udmağa çalışdıqları da olur.
Ovunu sıxaraq öldürən ilanlarda ovun qoxusu bədənlərinə hopduğuna görə yanılma mümkünlüyü də artır. Yəni, ilandakı quyruq yemə də bilərəkdən olmur, əslində.

Cift yeyənlər
Pişiklər və bir çox məməli heyvanlar isə, doğum əsnasında və sonra öz ciftini yeyirlər.

Bunun səbəbi tam olaraq bilinmir. Bəziləri heyvanların bunu doğumdan sonrakı ağrılarını azaltmaq, doğumdan sonra depressiyaya girməmək və daha çox süd vermək üçün öz ciftlərini yediklərini söyləyir.


Bir çox məməlilər kimi, pişiklər də doğuşdan sonra öz ciftini yeyirlər.
Beləcə insan, heyvanlar aləmində öz bədənindən bilə-bilə və istəyərək bir parça yeyən canlılar baxımından, nadir bir nümunədir.

Tədqiqatı aparan Cynthia Coyle, tarixdə bunun nümunələrinə rast gəlinmədiyini və xüsusilə Qərb mədəniyyətlərində son dövrlərdə inkişaf edən bir nəzəriyyə olduğunu deyir.

Coyle həm də bildirir ki, cift yeməyin sağlamlığa hər hansı bir faydası olduğuna dair örnəklərə rast gəlinməyib.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri