Koala haqqında

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 090
Səs ver:
(səs: 0)
Koala (lat. Phascolarctos cinereus) — kisəli ayılar fəsiləsinin kisəli ayı cinsinə aid heyvan növü. Koalalar əsasən Avstraliyanın Adaliyade meşəliklərindən Keyp Yorka yarımadasının cənub hissəsinə qədər yerləşən ərazidə yaşayırlar. XX əsrdən etibarən Avstraliyada yaşayan koalaların kütləvi ovlanması nəticəsində sayları ciddi şəkildə azalmışdır.

Koala sözü dharuk dilindən olan "gula" sözündən törəmişdir. Avstraliyada yaşayan aborigen xalqların dilində bu söz müxtəlif şəkildə ifadə olunmuşdur:

Kanberra bölgəsində Ngunnavalda "gula" formasında adlandırılmışdır.
Yeni Cənubi Uelsdə "kullavines" formasında adlandırılmışdır.
Mürrey bölgəsində yaşayan yerli aborigenlər tərəfindən "karbors" formasında adlandırılmışdır.
Koalanın adlandırılmasında istifadə olunan digər adlar: "banqaroos", "koolevongs", "narnagoons" və "kolos".

Xüsusiyyətləri

Koalalar günün böyük bir qismini yatmaqla keçirdilər.
Koalalar nadir hallarda su içir. Əsasən evkalipt yarpaqları yeməklə qidalanan koalalar suya olan təlabatlarını da bu yarpaqlar vasitəsi ilə ödəyirlər. Quraqlıq dövründə evkalipt yarpaqlarında su ehtiyatı olmur. Belə olan halda onlar çay kənarlarına gələrək su içirlər.

Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücü, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər.

Koala evkalipt budaqlarında hərəkət edərkən, bu yarpaqların yağları heyvanın bədəninə də sürtülür. Bədənə sürtülən yağın bir hissəsi havaya sovrulur, digər hissəsi isə bədəndə qalır. Bu isə heyvanın bədənindəki parazitlərin yerə tökülməsini təmin edir.

Koala və evkalipt ağacları arasındakı uyğunlaşma bununla məhdudlaşmır. Koala bədən temperaturunun təmin edilməsini də evkalipt yarpaqları sayəsində edir. Evkalipt yarpaqlarının kimyəvi tərkibi müxtəlifdir. Hətta bir evkalipt ağacında iki fərqli yarpaq tipi ola bilər. Koala tibbi təhsil almışcasına ağacdakı yüzlərlə yarpağın içindən özünə lazım olanları seçir. Məsələn, bədən temperaturu aşağıdırsa, yəni üşüyürsə, o zaman fellandren tərkibli yarpaqları yeyərək qızınır. Bunun əksinə, temperaturu varsa, sineol tərkibli yarpaqları tapdalayaraq bədəninin sərinləməsini təmin edir. Bununla yanaşı, evkalipt yarpaqlarında olan başqa yağlar da heyvanın qan təzyiqini aşağı salır və əzələlərin gərginliyinin aradan qalxmasına səbəb olur.

Koalaların bədən quruluşu yaşadığı mühütə tam uyğunlaşmışdır. Belə ki, qol və pəncələrinin geniş olması onlara istənilən hündür ağaca rahat şəkildə dırmanmağa imkan verir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri