Soyuğa davamlı heyvanlar: Pinqvinlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 563
Səs ver:
(səs: 2)
Çox soyuq havada yaşaya bilirlər
Yellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə biləcəkləri mükəmməllikdə yaratmışdır.

Bir-birlərini səslərindən tanıyırlar
Bir-birlərinə çox bənzəyən pinqvinlərin bir-birlərini səslərindən tanıdıqlarını bilirdiniz? Səs ayırd etməkdəki bu həssaslıq bala pinqvinlər üçün də etibarlıdır. Balalar da ana-atalarını yalnız səslərindən tanıya bilirlər. Unutmayın, ağılı və zəkası olmayan bir pinqvinin, minlərlə pinqvinin arasından birini təyin edib, onun səsini tanıya bilməsi Allahın gücünün və yaradışındakı üstünlüyün göstəricilərindən biridir.

Soyuğa qarşı birlikdə mübarizə aparırlar
Minlərlə pinqvin soyuqdan qorunmaq məqsədiylə, bir yerə toplanaraq bir-birlərinə sanki yapışarlar. Beləcə mükəmməl bir həmrəylik nümunəsi nümayiş etdirirlər. Bundan əlavə kütlənin xaricində qalanları da sırayla aralarına alaraq onların da isinmələrini təmin edirlər. Allah pinqvinləri yaradandan bu yana həmişə eyni mükəmməl nizam içində yaşamağa davam etməkdədirlər.

Kürtə kişi pinqvinlər yatır
Dişi pinqvin sadəcə bir yumurta yumurtlayır. Yumurtanın üzərində kürtə yatma vəzifəsi dişiyə deyil, kişiyə aiddir. Kişi pinqvin ortalama [-30] dərəcədə, 65 gün boyunca heç yerindən tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu olduqca çətin bir dövrdür. Kişi pinqvin yerindən tərpənə bilmədiyi üçün yemək yeyə bilməyəcək, ana pinqvin isə uzaqlarda, dünyaya gətiriləcək bala üçün qida axtaracaq.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 8 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri