Gizli sualtı sığınacaq olan mərcanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 336
Səs ver:
(səs: 0)
Mərcanları ilk dəfə gördüyünüz zaman onları rəngli daş yığını zənn edə bilərsiniz. Lakin bu, yanlış bir ehtimaldır. Çünki mərcanlar canlıdır. Milyardlarla mərcan bir yerdə yaşayır, xüsusi ifrazat maddələri ilə bir-birinə birləşir və bu daş görünüşlü quruluşu meydana gətirir.

Mərcanlar öldükdən sonra qalıqları daşlaşır və bu qalıqlar müəyyən müddət ərzində bir çox canlının birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. Burada yaşayan balıqların özünə xas xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüzlər ov edən balıqlar Günəş batdıqdan sonra mərcan riflərindəki gizli yerlərdə və yarıqların içində gizlənirlər.

Mərcanlarda yaşayan balıqların əsas davranışı da bir-birindən fərqlənir. Məsələn, bir az əvvəl haqqında danışdığımız tutuquşu balığı kimi bəzi balıqlar gecələr yataq örtüyü içində dərin bir yuxuya dalırlar. Tikanlı balıq kimi bəzi növlər isə yarıoyaq şəkildə dincəlirlər. Keçi balığı və digər bəzi balıqlar gündüz çox parlaq rənglərdən istifadə edir, gecələr isə adətən bu balıqların dərisi dəyişir, rəngləri daha solğun olur.
Süngərlər, mərcanlar və kürü tökən bəzi balıqlar da ölü mərcan qalıqlarında yaşayan canlılardır. Bundan başqa, kiçik yengəclər və krevetlər də mikroskopik bitkilərlə, heyvanlarla qidalanmaq üçün mərcan qayalarına doğru gedir. Mərcan qayalarında yaşayan köpək balıqları və müren balıqları isə qaranlıqda qida tapmaq üçün çox güclü olan qoxu orqanlarından istifadə edirlər.
Allahın su altında yaratdığı müxtəlif canlılar, Onun bu canlıları örnəksiz yaratması, ecazkar xüsusiyyətləri bizə Rəbbimizin çox yüksək yaradıcılıq qabiliyyətini və qüsursuz elmini tanıdır. «Nəhl» surəsindəki ayələrdə Allah yaratdığı canlılardan bəzi örnəklər verir. Bundan başqa, insanların bütün bunlara şükr etməli olduğu belə bildirir:
«Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən sizin ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə şükr edəsiniz» («Nəhl» surəsi, 13-14).

 

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri