750 ayağı olan Qırxayaq

Şərhlər: 6
Baxılıb: 5 133
Səs ver:
(səs: 1)
Bu qırxayağın 750 ayağı var. Elm adamları ən çox ayağı olan canlının anatomik xüsusiyyətlərini tədqiq edib.

"İllacme plenipes” adlanan bu canlıya ilk dəfə 80 il əvvəl rast gəlinmişdi. Son dəfə isə qısa müddət əvvəl Kaliforniyada yenidən kəşf edilib. Tədqiqatın nəticələri "Zoo Keys” adlı jurnalda dərc olunub. Tədqiqatı qələmə alan qrupun rəhbəri dr. Paul Marek "İ. Plenipes”in çoxayaqlılar aləminin sirlərlə dolu canlısı olduğunu deyir.

Dr. Marek bu canlıları 2005-ci ildə qardaşı ilə birlikdə Kaliforniyadakı dağlıq sahədə tapıb. Həmin kəşfə qədər bu canlılara uzun müddət rast gəlinməmişdi. "Nature” jurnalında çıxan bir məqalədə bu yenidən-kəşf haqqında təfərrüatlar verilmiş və canlının əsas bioloji xüsusiyyətləri qeyd edilmişdi. Son tədqiqatda isə canlının anatomiyası daha yaxından araşdırılıb. Bu cür canlıların ortaq adı qırxayaq olmasına baxmayaraq, əslində, çoxunun 40-dan çox ayağı var. Bu ailəyə aid canlıların böyük əksəriyyətinin 62 ayağı olur. Ancaq Dr. Marek "İ. Plenipes”in ayaqlarının sayına görə rekord qırdığını bildirir. Dişilərin 750-yə, erkəklərin 562-yə yaxın ayağı var.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri