Zolaqlı pələnglər haqqında məlumat

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 16 624
Səs ver:
(səs: 5)
Zolaqlı pələnglərdə hər birinin unikal zolağı olur. Onlar da insanların barmaq izləri kimi, heç vaxt eyni olmur. Bir pələngin üzərində 100-ə yaxın zolaq olur və maraqlısı budur ki, onların yalnız tükləri deyil hətta dəriləri də zolaqlıdır.

Pələnglər bir həftə qidasız qala bilirlər. Lakin bir orta həcmli pələng qidalanarkən 30-40 kq ət yeyə bilir.

Pələnglərin köpək dişləri 7 sm-ə qədər böyüyür. Beləki, onlar Yer üzündə bütün heyvanların onurğa sümüyündən dişləyərək onu sındıra bilərlər.

Orta hesabla pələnglər azadlıqda 15-20 il yaşayır. Lakin qəfəsdə və yaxud heyvanxanada pələnglər 25 il yaşaya bilirlər.

Pələngləri əla üzgüçü saymaq olar. Onlar zərurətdən üzməyi öyrənməyiblər. Bu iş onlara əməlli başlı ləzzət verir.
Pələnglər, nəsli kəsilməsi təhlükəsilə üz-üzə olduqlarından qırmızı kitaba daxil ediliblər. Mütəxəsislər yer üzündə cəmi 6000 pələngin mövcud olduğunu hesablayıblar. Lakin on il əvvəl bu say azı iki dəfə çox idi.

Böyük erkək pələngələrin yuvaları olmur. Onlar adətən ovladıqları ovun yanındaca dincəlirlər. Lakin dişi pələnglər dünyaya bala gətirdiklərinə görə, qıraq müdaxilələrdən və təhlükələrdən uzaq olmaq üçün çətin keçilən məkanlarda yuva qururlar.

Pələng balaları dünyaya gələndə gözləri görmür və olduqca zəif olurlar. Onların çəkisi 1 kq-a qədər olur. Belə ki, artıq 11 aylıqlarında onlar sərbəst ov edib qidalana bilirlər.

Pələng bir il ərzində 50-yə yaxın ov ovlayır. Maraqlıdır ki, pələnglər ehtiyacları olduğundan artıq ov ovlamırlar.

Pələnglərin əzələləri olduqca möhkəm və güclüdür. Belə bir hal məlumdur ki, hətta öldürülmüş bir pələng ayaq üstə durmaqda davam edirdi.

Pələngin nəriltisi onun gizli silahı hesab edilir. Onlar nərilti ilə öz qurbanlarını huşdan çıxarırlar. Pələng nərildədikdə onun qurbanı özünü itirir. Pələnglərin nəriltisi 500 metr məsafədən rahatca eşidilə bilir.
Zolaqlı pələnglər haqqında
Zolaqlı pələnglərin 9 növü məlumdur. Bunlardan Sibir pələngi ən böyük növ hesab edilir. Onlar 230 sm boyda və 300 kq çəkiyə malik ola bilirlər. Lakin Amur pələnglərinin təkcə quyruqlarının uzunluğu 120 sm-ə çata bilir. Heyvanların kralı şir sayılsa belə, əslində zolaqlı pələnglər onlardan daha böyükdürlər.
Zolaqlı pələnglər haqqında
Pələnglər gündüz aktiv olan yırtıcı heyvanlardır. Onlar gün çıxanda və ya gün batanda fəal olurlar.

Pələnglərin gözləri gecə qaranlığında insan gözlərindən 6 dəfə yaxşı görmək qabiliyyətinə malikdir.
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 16 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri