Heyvanlar aləmi: Qıvrımlələk qutan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 294
Səs ver:
(səs: 1)
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) - qutan cinsinə aid quş növü.

Status. Nadir, sayı azalmaq üzrə olan növdür.

Yayılması.Qışda demək olar ki, respublikanın bütün iri su hövzələrində rast gəlinir.

Yaşayış yeri. Köçmə və qışlama vaxtı balıqların kürü tökməyə getdikləri yerlərdə, çayların və kanalların mənsəbində toplaşırlar. Yuvalama biotopu qamış cəngəllikləridir.
Təbiətdə sayı. Dövlət Ekologiya Komitəsinin hesablamalarına əsasən respublikada qışlayan quşların ümumi sayı 250-300 fərddir.
Çoxalması. Yalnız Ağgöldə və Sarısu göllərində (10 cütdən çox olmayaraq) yuvalayır. Yuvanı dişi fərd qurur, yuvanın tikintisi üçün lazımi materialları dimdiyində gətirir. Yuvanın tikintisi 3-4 gün çəkir. Aprel ayında 3-4 ağ yumurta qoyur. Yumurtanın ölçüləri 53—65 x 86—102 mm. Kürtdüşmə 39—40 gün davam edir. Balaların yumurtadan çıxması bir neçə gün çəkir, belə ki, qutan birinci yumurtanı qoyan kimi kürt düşür. Birgünlük quşlar çılpaq, kor və çəhrayı rəngdə olurlar. 5-ci gün ağ narın tüklə örtülür, 10-cu gün üzürlər. Lələklər 20-ci gün əmələ gəlir, 2,5 aylıqda balalar uçmağa hazır olurlar. Uçmadan sonra cavan fərdlər dəstə yaradır və daha iri su hövzələrinə uçub köçürlər və orada payıza kimi qalırlar.
Sayının dəyişilmə səbəbləri. Yaşayış üçün uyğun sahələrin azalması, qutanın balıqçılıq təsərrüfatı üçün zərərli bir quş kimi təsəvvür edilib, balıqçılar tərəfindən qırılması.
Qorunması üçün zəruri tədbirlər. Yumurtaların və balaların tədarük təşkilatları tərəfindən yığılmasının qadağan edilməsi.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri