Heyvanlar aləmi: Nils Olaf

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 895
Səs ver:
(səs: 0)
Ser Nils Olaf (norv. Nils Olav) — Şotlandiyanın Edinburq zooparkında yaşayan Kral pinqvini. Nilf Olaf Norveç Kral qvardiyasının fəxri komandiri və talismanı, fəxri palkovnik, 2008-ci ildən cəngavər. 2016-cı ildən briqada generalı[1].

Nils Olafın bürünc heykəli
1961-ci ildə Norveç Kral qvardiyası Edinburq parad hərbi arkestrini ziyarət edir[2]. Leytenant Nils Eqelien (norv. Nils Egelien) Edinburq zooparkında olan pinqvinlərlə maraqlanır. 1972-ci ildə qvardiyaçılar leytinantın rəhbərliyi ilə yenidən Edinburqa qayıdırlar. Bu zamam pinqvinlərdən biri «oğulluğa» götürülür. Pinqvini Nils Olaf adlandırılır (Nils — Nils Eqelien və Olaf — Norveç kralı V Olaf.

Nils Olafa vitse-kapral rütbəsi norv. visekorporal verilir. Kral qvardiyasının Edinburqa hər səfəri zamanı Nils Olafın rütbəsi artırdı. 1982-ci ildə kapral, 1987-ci ildə isə çavuş rütbəsi alır. Ancaq ikinci rütbəni aldıqdan bir müddət sonra pinqvin ölür. Onun yerini II Nils Ulaf tutur. 1993-cü ildə pinqvin tabor çavuşu (ing. sergeant major). 18 avqust 2005-ci o fəxri komandir (ing. Colonel-in-Chief)[3] və 15 avqust 2008-ci ildə cəngavər titulu alır. Nils Olaf Norveç ordusunda ən yüksək rütbəni almış ilk pinqvin olmuşdur[4]. Cəngavər titulu aldıqdan sonra Edinburq zooparkında onun tam ölçüsündə bürünc heykəli qoyulmuşdur. Eyni ölçülü heykəlcik Norveç Kral qvardiyasının qərargahında belə ucaldılmışdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri