Heyvanlar aləmi: Adi ilanbalığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 978
Səs ver:
(səs: 0)
Adi ilanbalığı və ya minoqa (lat. Anguilla anguilla) Sümüklü balıqlar sinfindən aid növ.

O, dənizdə yaşayır. Keçicidir, kürü tökmək üçün çaylara keçir. Çaya qışda gedir. Bu zaman çox yağlı olur. Çayda qidalanmır. Bir ilə yaxın çay yuxarı yol gedir, qidalanmadığı üçün arıqlayır. Buna görə də kürü tökdükdən sonra ölür. Deməli, minoqa ömründə bircə dəfə nəsil verir.

Bədən forması
Dərisi çılpaqdır, selikİidir. Onun bel və quyruq üzgəcləri var. Azğı ağızönü qıfın dibində yerləşir, dəyirmidir, onun yanlarında dişlər var. Başın yanlarında sıra ilə yerləşmiş 7 dəlik görünür. Bunlar qəlsəmə dəlikİəridir. Dəri örtüyü. Dərisi yumşaqdır, xarici skeleti yoxdur. Dərinin üst qatında selik ifraz edən birhüceyrəli vəzilər var. Onların ifraz etdiyi selik bədəni örtür, onu sürüşkənli edir. Seliyin qoruyucu xüsusiyyəti də məlumdur. Başının üstündə olan dəlikİər yan xətt orqanıdır. Bu orqanın hissetmədə əhəmiyyəti var.

Skeleti
Minoqanın skeleti xorda-dan və qığırdaqdan ibarətdir. O, ox skeletə, kəllə skeletinə və tək üzgəc skeletinə ayrılır. Ox skeleti xor-dadandır. Xordanı birləşdirici toxuma qatı əhatə etmişdir.

Kəllə skeleti qığırdaqdan olub çox sadə quruluşdadır. Bu skelet natamam beyin qutusundan, ağız qıfı skeletindən və visseral skeletdən ibarətdir. Beyin qutusu beyni altdan və yanlardan əhatə edir, qutunun üstünü birləşdirici toxuma qatı örtür.

Ağız qıfı skeleti ağız qıfını üstdən və yanlardan, dili isə altdan saxlayan bir neçə qığırdaqdan ibarətdir. Bunların ən vaciblisi ağız boşluğu divarlarını və dili saxlayan qığırdaqlardır.

Visseral skelet uzununa, eninə yerləşən və kəsişmə yerlərində bir-biri ilə birləşən çərçivədən və gözaltı qövsdən əmələ gəlib. Tək üzgəc skeleti uzun, nazik qığırdaq şüalardan ibarətdir. Bu şüalar üzgəc pərdəsini saxlayır.

Həzm orqanları
Bu orqanlar ağızönü qıfdan, ağız boşluğundan, udlaqdan, qida borusu və bağırsaqlardan ibarətdir. Bağırsaq xaricə anal dəlikİə açılır. Qara ciyər və mədəaltı vəzi də həzm orqanıdır.

Tənəffüs orqanları
Bu orqanlar tənəffüs borusundan və qəlsəmə aparatından ibarətdir. Tənəffüs borusu kor qurtarır. Bu boruya başın yanlarından hər tərəfdən 7 dəlik açılır. Bunlar həm də xariclə ələqələnir. Müqayisə üçün deyək ki, minoqaya ən yaxın olan miksinin qəlsəmə dəlikİərinin ümumi boşluğu var. Bu boşluq xaricə yalnız bir dəlikİə açılır. Bu, miksinin parazitliyi ilə əlaqədardır. Qəlsəmə dəlikİərinin divarı əzəzləli olduğu üçün yığılıb açıla bilir. Bu zaman su tənəffüs borusuna, oradan qəlsəmə dəliklərinə gəlir və xaricə çıxır. Su qəlsəmə dəlikİərində olduqda suda həll olmuş oksigen qana keçir və heyvan tənəffüs edir. Qan-damar sistemi. Bu sistem ürəkdən, arteriya və vena damaralarından ibarətdir. Ürəkdə bir qulaqcıq və bir mədəcik var. Qarın qan damarının genişlənmiş hissəsi aorta soğanacağı adlanır. Arteriya ürəkdən gedən, vena ürəyə gələn damarlara deyilir. Arteriyalarla təmiz və ya arterial, venalarla oksigensiz və ya venoz qan axır. Minoqanın bir qan dövranı var, ürəkdə venoz qandır.

İfrazat orqanları
İfrazat orqanları bir cüt böyrəkdir. Minoqanın rüşeymində baş böyrək, yaşlısında bədən böyrəyi olur, Bu böyrək bədən boşluğunda yerləşir. Hər böyrəkdən bir sidik axarı çıxır. Sidik axarları sidik-cinsi dəlikİə xaricə açılır. Cinsiyyət sistemi. Minoqanın erkəyi və dişisi var. Dişinin yumurtalığı, erkəyin toxumluğu olur. Yumurtalıq və toxumluq bədən boşluğunda yerləşir. Bunların axarları yoxdur. Yetişmiş cinsiyyət hüceyrəsi (kürü və ya toxum mayesi) bədən boşluğuna düşür. Oradan xüsusi dəlikİə xaricə çıxır, mayalanma suda gedir.

Sinir sistemi
Minoqanın sinir sistemi baş-beyindən və onurğa beynindən ibarətdir. Baş beyin kiçikdir. O, 5 hissədən ibarətdir: ön beyin, aralıq beyin, orta beyin, uzunsov beyin və beyincik. Baş beyinin ənsə hissəsi inkişaf etməyib. Onurğa beyni lentvaridir. Ondan bel və qarın sinir telləri çıxır. Bu sinirlər sonrakı onurğalılardan fərqli olaraq bir-biri ilə birləşir.

Minoqanın hiss orqanları da var. Bunlara qoxu, görmə, eşitmə, yan xətt orqanları, dəridə olan sinir ucları daxildir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri