Təbiətin gözüqıpıq heyvanları - İMPALA

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 665
Səs ver:
(səs: 0)
Azərbaycanlı fotoqraf Arif Ələkbər Tanzaniyanın Tarangire qoruğunda impalaların fotolarını çəkib.

Saatda 80 km sürətlə qaçaraq, 3 metr hündürlüyə tullanmağı azmış kimi, 10 metr uzunluğa da imza atan impala antilopu! Bunu ancaq vəhşi heyvanların hücumundan qurtulmaq üçün etmirlər, arabir “mırtçün” də edirlər.

Əksər hallarda 15-100 fərddən ibarət sürüdə yaşayırlar. Yemək-içməyin bol olduğu yerlərdə bu say daha çox olur.

Ölçüləri 65-90 sm, çəkiləri 40-65 kq olur. Erkək fərdlərin 90 sm-dək uzunluğunda buynuzları da var.

İmpalalar Şərqi və Cənubi Afrikada yayılıblar və bu ərazilər digər antiloplardan böyüklüyünə görə fərqlənir. Susuz dünya-aləm gözlərinə qaranlıq görünür, ona görə də su mənbələrindən 7-8 km-dən uzaq məsafədə olmurlar.

Müxtəlif çeşidli düşmənləri var: aslanlar, bəbirlər, gepardlar, kaftarlar, timsahlar… Elə buna görə də gözüqıpıqdırlar. Bir balaca təhlükə duyan kimi dabanlarına tüpürürlər, özü də hücum edəni çaş-baş salmaq üçün müxtəlif səmtlərə qaçırlar. Vəhşi heyvan da hansının izinə düşməyi qərar verənə kimi artıq iş-işdən keçmiş olur - impala qaçıb gedir.

Aprel-may aylarında qrafiklərində nəsil artırmaq olur. Özü də bu xoşbəxtliyə yalnız şəxsi ərazisi olan impalalar nail olur.

7 aylıq hamiləlik dövründən sonra dişi impala sürüdən ayrılır, xəlvət yerdə bala dünyaya gətirir, 1-2 gündən sonra da qayıdıb gəlir. Bala 4 ay ana südü ilə qidalanır. 15 il yaşayırlar.

Təbiətin gözüqıpıq heyvanları - İMPALA







(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri