Gülüş ömrü uzadır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 16
Baxılıb: 5 046
Səs ver:
(səs: 16)
Birisi yolnan gedərkən dostuyla rastlaşır və görür ki, dostunun qanı qaradır. Soruşur ki, nə olub ? Dostu deyir ki, atam ölüb.
-Çox təəssüf edirəm, ALLAH rəhmət eləsin. Bəs atan hələ cavan idi axi necə oldu ki öldü ?
-balkona çıxmışdı, ordan yıxıldı.
-oyyyyy ordan yıxılıb öldü ?
-yox əşşi balkondan yıxılıb düşdü həyətdə olan şirniyyat evinin üstünə ordan da yıxıldı düşdü yaxınlıqda olan fabrikin bağçasına
-oyyyy bağçaya düşüb öldü ?
-yox əşşi, oradakı yayların üstündən hoppanıb elektrik naqillərin üzərinə düşdü.
-oyyyyy yazıq, elektrik naqillərinin üstünə düşüb öldü ?
-yox, yenə ölmədi amma biz də gördük ki, ölmür, tapançaynan özümüz vurub öldürdük.

Bir gün bir uşaq parkda oturaraq aldığı konfetləri yeyirdi. Bir qoca kişi də gəlib uşağın yanında oturur və görür ki, uşaq dayanmadan çoxlu konfet yeyir. Uşağa deyir ki:
-Bax, oğlum bu qədər şirni yesən sənin dişlərin tökülər.
Uşaq isə cavabında:
-Bax, əmi mənim babam da 110 il yaşadı
Qoca kişi:
-Sənin baban da çoxlu şirniyyat yeyirdi ?
Uşaq:
-yox, sadəcə olaraq hər şeyə burnunu soxmurdu

İki dost rastlaşırlar.
- Bu axşam bekarsan?
Digəri:
- Bəli.
Bəs sabah?
- Bəli.
Bəs, obiri gün?
- Xeyr işim var.
- Heyf mən də səni qonaq çağırmaq istəyirdim

Bir dəli gəlib dostlarına danışır:
-Dünən taksi şoferinə atdım
-Necə?
-Pulu verdim, ama minmədim))

Oğlan qıza: əzizim sənin ad gününə hədiyyə almışam..
Qiz: lap yaxşı nə almısan?
Oğlan: aşagdakı qırmızı Ferrarini görürsən ?
Qiz: hə! hə!
Oglan: Bax o rəngdə lak almışam =))

Bala üzə bilirsən?
Uşaq: yox əmi..
Kişi: nə gündəsən əə it üzə bilir sən yox :)
Uşaq: əmi bəs sən üzə bilirsən?
Kişi: hə üzə bilirəm.
Uşaq: əmi nə gündəsən ee, onda sənnən itin arasında nə fərq oldu ?=))

Metroda Qaqaş qıza yaxınlaşıb deyir:
-Kartınız var?
Qız deyir;Təbiiki..
-Oğlan onda payla oynayaq

Oğlan sevgilisinə zəng vurur deyir:
-Bəlkə sabah görüşək?
Qızın həyəcandan telefon əlindən düşür, sevincdən evi 2 dəfə kruq vurur, divandan kresloya, kreslodan stola hoppanır.. Evin bütün otaqlarını hərlənir..Axırda gəlir telefonu götürür deyir:
-Hələ dəqiq bilmirəm, fikirləşərəm

Bir oğlan xaricə gedir.. Plyajda çiməndə boğulur başdıyır qışqırmağa:
- Help me!
Heç kim yaxın gəlmir.
- Pomaqite!
Heç kim yaxın gəlmir.
- Bonjur!
Yenə heç kim yaxın gəlmir..Oğlan bütün dillərdə qışqırır axırda görür boğulur qışıqırır:
Köməəəy ediiin!
Bu vaxt plyajda uzanan day day:
- Ay bədbəxt oğlu..bu qədər dili öyrənincə vaxt tapıb üzməyi öyrənərdin dəə

Google: Mən hər şeyi bilirəm..
Facebook: Mən hər kəsi tanıyıram..
Internet: Mən olmasam siz hecnəsiz !
Elektrik enerjisi: Çox danışmıyın eee))

Xarici: Həyatım zəhmət olmasa televizorun səsini bir az al, mənə işləməyə mane olur..Sağol.
Azəri: Az söndur bu televizoru! Baş-beynim getdi..xarabada işləmək də olmuree..=))
Xarici: Canım, sən mənə nəsə üzüntülü görsənirsən!
Azəri: Nədi azz yenə sir sifətinnən zəhrimar yağır?=))
Xarici: Salam CORC işlər necə gedir?
Azəri: Salam alaaa YEMİŞŞ nə var nə yox?=))
Xarici: Dostum məncə bu köynək sənə yaraşmır dəyişsən yaxşı olardı..
Azəri: Nə gündəsən eee! Get deyiş bu köynəyi bambılıya oxşuyursan..=))
Xarici: Ata! Anayla necə tanış olmusuz? Ata: məktəbin SON ZƏNG yığıncağında..
Azəri: Papaaa mamanı harda tapmısan? Ata: Necə yani harda ? Məhlələrində basdım maşına qaçırtdım..=))
Xarici: Oglum heçnə olmaz olan işdi kişi döyər də, döyülər də, idmanla da cox məşqul ol..
Azəri: Kül sənin başıva köpey oğlu..Daşı götürüb başına vura bilmirdin? Mən də deyirəm oğlum var..=))
Xarici: Yox ol burdan !
Azəri: Ala tərpən dəəə burdan gec olmamış ! =))

Konsert zamanı..
Xarici:
- Sən bir atmosferə bax..Səhnə quruluşun demirəm hələ..əla..
Azərbaycanlı:
- Adama 30 manatdan vur gör nə qədər eliyir? Od qiymətinə sən öl, belə olmaz ee

Metroda oğlan qızın ayağını tapdalıyır..
Qız:
- Aaa neynirsəəən?
Oğlan:
- Heç bekarçılıqdı, sən neynirsən?
(səs: 16)
Şərhlər: 16
Baxılıb: 5 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri