Qadınlar niyə fədakarlıq edir?

Müəllif: Love-Girl
Şərhlər: 6
Baxılıb: 2 009
Səs ver:
(səs: 1)
Əslində, sevdiyimiz insana görə fədakarlıq təəssüf ediləcək səhvdir. Ərinin planları naminə şəxsi planlarından imtina etmə Azərbaycan ailələrində normal haldır. Çox zaman qadın karyera və təhsilini əri naminə qurban verir. Belə acı haqsızlığın dərki isə çox illərdən sonra olur. Qurban - qadının ikinci adıdır. Qadınların fanatik həzzlə özlərini kişilərə qurban vermələrinin bir neçə səbəbi vardır. Min illərlə qadınlara ikinci dərəcəli insan, kişinin qabırğası kimi baxıblar. Belə münasibət hələdə bir sıra ölkələrdə qalmaqdadır. Biz ana və nənələrimizin fədakarlığını görərək böyümüş və şəxsi maraqlarımızın ön plana qoyulmasının "eqoizm" olduğuna inanmışıq. Əri üçün qadın fədakarlığı hünərdir. Bəzən belə fədakarlığın arxasında öz gələcəyini qurmaq istəyinin olmamasıdır. Passiv rol və cavabdehliyin yoxluğu qadını razı salır. Əlbəttə, özünü qurban verən qadın istəyir ki, bu, kişi tərəfindən yüksək qiymətləndirilsin. Amma təcrübə göstərir ki, bu halda qadının özünə hörmət və sevgisi azalır, unikallığı iti, boşluq yaranır. Adətən bu, depressiya ilə nəticələnir. Həyatından narazılıq qadının özünüqiymətləndirməsini aşağı salır. Tədricən bu qəzəb yaxınlara, ilk növbədə ərə keçir. Özünüzü itirməklə siz əriniz üçün maraqsız olacaqsınız, uzaqbaşı o, yanınızda sizə yazığı gəldiyi və ya fədakarlıq üçün qalacaq. Qadın - qurbana çevrilməmək üçün ilk növbədə bu hissə nifrət etməlisiniz. Sizin üçün vacib olan adam, məşğələ, maraqların siyahısını hazırlayın. Həyatınızı özünüz maraqlı edin, bunu ərinizin etməsini gözləməyin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri