Everest zirvəsi haqqında ən maraqlı faktlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 008
Səs ver:
(səs: 0)
Yəqin ki, ən az bir dəfə Everest zirvəsinin adını eşitmisiniz. Dünyanın ən hündür sıra dağları olan Himalay dağlarında yerləşdiyini bilirik, ancaq bu zirvə haqqında daha maraqlı faktlar var. Bu postumuzda sizi həmin məlumatlarla tanış edəcəyik.

Ən sadəsindən başlayaq, Everest zirvəsi dünyanın ən hündür zirvəsi hesab olunur. Hündürlüyü 8.848 metrdir və digər adı Comolunqmadır.

Zirvə Çin-Nepal sərhəddində yerləşir.

Zirvə hər il geoloji yüksəlmələr səbəbindən 4 mm hündürləşir.

Everestə çıxan 10 alpinistdən biri həyatını itirir.

4.000-dən çox alpinist Everestə çıxmağa cəhd etmişdir.

Everest zirvəsi 1841-ci ildə Corc Everest tərəfindən kəşf olunmuşdur.

1865-ci ildə Himalay dağlarının ən yüksək zirvəsi olan Comolunqmaya Corc Everestin adı verilmişdir.

2016-cı ilə qədər burada 260-dan çox insan ölmüşdür. Dəqiq rəqəm bilinmir.

Everestdə ən faciəli hadisə 2014-cü ildə baş vermişdir. Zəlzələ nəticəsində 16 şerpa (Himalay dağlarında dağçılıqla məşğul olanlar) və dırmanclar həlak olmuş, 61 nəfər yaralanmışdır.

İlk dəfə 1953-cü ilin 19 may tarixində Edmund Hilary və Tenzing Norgay Everest zirvəsini fəth ediblər.

2000-dən çox alpinist Everestdə top etmişdir.

Zirvənin ətrafında 120-ə qədər dırmanc cəsədləri vardır.

Everestə qalxmış ən gənc insanın yaşı 13, ən yaşlısının yaşı isə 80-dir. Şəkildə gördüyünüz Yuichiro Miura 80 yaşında zirvəni fəth etmişdir.

Nepalda Everest zirvəsi “Sagarmatha” adlanır, mənası isə “səmanın alnı” deməkdir.

Tibetdə isə “Chomolangma” adlanır, adın mənası “kainatın anası” deməkdir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri