Saxta üzlərlə vida zamanı.....

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 460
Səs ver:
(səs: 1)
Həyata dair yaşadığım nə varsa, mənliyimə dərs oldu. Indi anlayıram ki, insan yalnızlığın boşluğunu doldurmaq üçün, mənliyindən nə böyük qurban verirmiş. Beləcə tünlük bir çevrəyə sahib olan bir insan oluruq.
Bəs ətrafımızdaki saxta üzlərin nə qədər fərqindəyik? Bu qədər tünlüyün içində tərəddüd etmədən neçə insan saya bilərik?
Mən özümə bir qasırğa kiraladim. Həyatımdakı bu iri tünlüyü silib süpürsün deyə. Əsdikcə bir bir sovrulurdu ətrafımdakı üzlər. Mən arxalarindan əl sallarkən fərqində belə deyildim gedişlərinin....Indi yüngüllədim, özümü bir quş qədər yüngül hiss edirəm. Dünyamız və qəlbim heç olmadığı qədər doludur indi...Saxta boşluqlarla deyil, gerçək dostluqlarla...Zamanım elə doludur ki, saxta üzlərə ayıracaq zamanım yoxdur. Bu üzdən əziz saxta üzləri, məni axtarmayın. Çünki, axtardığınız insan artıq sizin üçün əlçatan deyil.
Bu arada soruşmuşdum neçə insanı saya bilərsiz tərəddüd etmədən? Mən artıq saya bilirəm. Çünki saya bildiklərim 3 sətiri doldurmayacaq qədər az, fəqət qəlbimin boşluğunu dolduracaq qədər çoxdurlar.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri