Haqqında dəfələrlə filmlər şəkilmiş qatil qadın: Tereza Knorr - VİDEO

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 3 346
Səs ver:
(səs: 0)
Tereza Cimmi Fransina Knorr (ing. Theresa Jimmie Francine Knorr) 14 mart 1946-cı ildə Amerikanın Kaliforniya ştatında anadan olmuşdur. Onun valideynləri zəhmətkeş insanlar idi. Atası Cim pendir istehsalçısı işləyirdi, anası Svanni isə qələm istehsalçısı idi. Tereza 15 yaşında olarkən anası ürək çatışmazlığından vəfat etmişdir. Bu hadisə onun depressiyaya düşməsinə səbəb oldu. Nəticədə o iddia edirdi ki, uşaqlıqda ögey ana tərəfindən zorakılığa məruz qalırdı. Ailənin dostları tərəfindən göstərilən informasiyaya əsasən Tereza öz bacısı Rozmariyə paxıllıq edirmiş.

29 Sentyabr 1962-ci ildə o Kliffard Klayd Sanderslə ailə həyatı qurur. 1963-cü ildə cütlüyün Hovard adlı oğlu dünyaya gəlir. 1964-cü ilin 7 iyun tarixində Tereza öz həyat yoldaşını güllə ilə qətlə yetirir, ancaq bu hadisəni “özünümüdafiə” kimi təqdim edərək həbs cəzasından qurtulur. Sandersin ölümündən sonra Robert Vallos Knorrla görüşməyə başlayan Terezanın Robertdən bir qızı dünyaya gəlir. 1965-ci ilin sentyabr ayında Tereza Robert Knorrla evlənir. Terezanın ikinci evliliyində 4 uşağı – Syuzan Marlen (1966), Uilyam Robert (1967), Robert Vallas kiçik (1968), Tereza “Terri” Meri (1970) dünyaya gəlir. Bir müddət sonra Tereza Knorrla boşanır və sonra bir neçə dəfə ərə getmişdir.

“Cold Case Files” sənədli serialında Knorrun qızı Terrinin müsahibəsinə əsasən, qadın həmişə öz qızlarıyla (xüsusən Syuzanla və Şeli ilə) amansızcasına rəftar etmişdir. Terri iddia edirdi ki, Knorr qızlara nifrət edirdi, çünki onların gözəlliyinə paxıllıq edirdi. Qızı bildirmişdir ki, Knorr bəhanəsiz onları daim döyürdü və onların dərisində siqaret söndürürdü. Tereza Knorr oğullarına bacılarını döyməyi öyrədirdi.

1983-cü ildə Tereza Knorr 22 kalibrli tapançası ilə qızı Syuzanı vurmağa çalışdı. Güllə Syuzanın sinəsində ilişdi, amma Syuzan sağ qaldı. Bundan sonra qızının sağ qaldığını görən Tereza onu sağaltmağa çalışdı, ancaq təcili tibbi yardıma müraciət etməkdən imtina etdi. 1984-cü ildə Knorr anasteziyaedicilər kimi tioridazindən və likördən istifadə edərək qızın bədənindən gülləni çıxarmağa çalışdı, lakin alətlər steril olmadığından Syuzan sarılığa yoluxdu, daha sonra onda dəlilik əlamətləri yaratmağa başladı. Tereza digər uşaqlarını inandırmağa çalışdı ki, qız iblis tərəfindən tutulmuşdur. 1984-cü ildə Syuzana aid olan hər şeyi onunla birlikdə yandırmağı qərara aldı. Əşyalarını bir çantaya yığdı, Syuzanın ağzını bağladı və yandırdı. Tereza Syuzanı Serra-Nevada dağlarına aparmaq işini isə oğlanlarına tapşırmışdı. Sonrakı tədqiqatlarda Syuzanın diri-diri yandırıldığı müəyyən olmuşdur.

Terezanın qızlarına etdiyi zülmlər bununla da bitmədi. O digər qızı Şeliyanı fahişəliklə məşğula məcbur edirdi. Daha sonra isə Şeliyanı ittiham etdi ki, qızı onu unitazı vasitəsilə zöhrəvi xəstəliyə yoluxdurmuşdur. Cəza olaraq isə Tereza Şeliyanı otaqda bağlı saxladı, bir neçə həftədən sonra qız aclıqdan öldü.

1993-cü ilin 28 oktyabrında Terezanın qızı Terri “America’s Most Wanted” verilişinə baxdıqda polisə müraciət etmişdir. Polislər əməliyyat nəticəsində Syuzanın cəsədini tapmışdır. Bundan sonra onlar Terrinin sözlərinə inanaraq əməliyyatı davam etdirmişdilər. Həmin ilin 10 noyabr tarixində Tereza Salt Lake City-dəki evində tutulmuşdur. Onun oğlu William 8 noyabr tarixində yaşayıb, işlədiyi Woodland şəhərində yaxalanmışdır. Həbs olunarkən Tereza cinayətlərini təkzib etsə də, oğullarının onun əleyhinə şahidlik etdiyini bildikdən sonra başqa şansı qalmır. Terezaya 1995-ci ilin oktyabrında 2 dəfə ömürlük həbs cəzası verilmişdir. 2027-ci ildən tez olmayaraq Tereza Knorr apelyasiya məhkəməsinə müraciət edə bilər.

Qeyd üçün deyək ki, Tereza özü hal-hazırda həyatda olsa da onun həyatda qalan yeganə qızı Terri 2011-ci ildə vəfat etmişdir.


2010-cu ildə çəkilmiş qorxu film “The Afflicted” (həmçinin “Another American Crime”) Tereza Knorrun cinayətləri əsasında çəkilmişdir. Film real həyat hadisələrini əks etdirsə də, sonluq fərqlidir. Filmin sonunda ən gənc qız intiharından öncə anasını və qardaşının birini öldürür.

[media=https://youtu.be/kGwrMRHN428]
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri