Suyun gözlənilməz anomal xüsusiyyətləri tapıldı

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 1 097
Səs ver:
(səs: 0)
İsveçrənin Bazel universitetinin alimləri suyun gözlənilməz anomal xüsusiyyətlərini aşkar ediblər. Məlum olub ki, onun bir malekulu ( para-izamerlər) digərlərinə (orto-izomerlər) nisbətən daha tez kimyəvi reaksiyaya girir. Qadınla.com istinadən bildirir ki, məqalə "Nature Communications" jurnalında dərc edilib.

Suyun molekulları iki formada olur: orto və para. Onlar bir-birindən nüvə spinlərinə görə fərqlənir. O-sularda onlar eynidir, p-sularda isə bu sıfıra bərabərdir.

Spinlər təcrid olunmuş molekullarda dəyişə bilməz. Onlar digər molekullarla toqquşmalar və kimyəvi reaksiyalar zamanı da özünü qoruyur.

Ancaq hələ də spinlərin o- və r-suların müxtəlif kimyəvi xassələrini müəyyən etmək qabiliyyətinə malik olduğu aydınlaşdırmaq mümkün olmayıb.

Təhqiqatçılar kalsium və diazenium ionlarının plazma-tozlu kristallarının köməyi ilə ion tələsi yaradıblar və suyun müxtəlif formaları ilə reaksiyasını izləyiblər.

Para-izomerlər özünün dipol anları sayəsində elektrostatik sahəyə daha yaxşı meyl ediblər. Bu isə alimlərə suyun formalarının bir-birindən fərqləndirilməsinə imkan verib.

Məlum olub ki, para-suların molekullarının fırlanma simmetriya onları orta-sulara nisbətən 23 faiz daha reaktiv edib.

Buna görə, çoxatomlu molekulun ionlarla kimyəvi reaksiyaya girməsi fırlanma simmetriyasından asılıdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri