Ölümlə bağlı amerikalı alimdən ŞOK AÇIQLAMA: Ürək dayanandan bir neçə saat sonra...

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 1 741
Səs ver:
(səs: 0)
Beynin korteks adı verilən, şüur və 5 hissiyat duyğusu ilə əldə edilən informasiyaları təhlil etmək funksiyasını yerinə yetirən bölgəsi ürək dayanandan 2-20 saniyə ərzində heç bir hərəkət etmir. Lakin beyin ölmür.

Qadınla.com xəbər verir ki, bu sözləri amerikalı professor Sam Parnia deyib.

Alim bildirib ki, bu zaman beyin hüceyrələrində ölümlə nəticələnəcək bir sıra dəyişiklik başlayır. Amma beyninin tam ölməsi ürək dayanandan bir neçə saat sonra baş verir.

"Ölümdən sonra həyat varmı" sualı Kanadada yaşanan bir hadisədən sonra gündəmə gəlib. Həkimlər insanların beyinlərinin klinik ölümdən sonra işləməsi ilə bağlı araşdırmalar aparıb.

Kanadada təfərrüatı açıqlanmayan hadisədə xəstənin ölümündən sonra beyinində 10 dəqiqə ərzində aktivlik müşahidə edilib.

Bununla da insanlar beynin kliniki ölümdən sonra işləməsi ilə bağlı sübutlar axtarıb. S.Parniaya görə insan öləndən sonra da beyin işləyir, insanlar öldüklərinin fərqində olurlar.

Alimlər ürəyi dayanandan sonra yenidən dirilən 330 xəstədən 140-nın üzərində araşdırma aparıb. Nəticəyə görə onlardan 39-nun beyni ürəyi dayanandan bir müddət sonra da işləyib.

Ürəyin yenidən işləməsi üçün müdaxilə edilərkən həmin şəxslər bir müddət ətraflarında olanları görür, duyur və tibb işçilərinin özü haqqında “öldü” dediyini belə eşidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 741
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri