Unikal boşanma hekayətləri

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 185
Səs ver:
(səs: 0)


Tərəflərin boşanmaq üçün bəhanələri çox olur, beləsini isə heç vaxt eşitməmisiniz. 
Pulsuz boşanma
ABŞ-ın Pensilvaniya ştatında radiostansiyalardan biri pulsuz boşanma kampaniyasına başlayıb. Əslində bunu əylənmək üçün etmişdilər, kiminsə onlara müraciət edəcəyini gözləmirdilər. Ancaq dinləyicilərdən biri kampaniyadan faydalandı, Sevgillər günü boşanma haqqında sənədi hədiyyə kimi qəbul etdi. 
Ayaqyolu ayrılığa səbəb oldu 
Səudiyyə Ərəbistanında yeni ailə həyatı qurmuş cütlük bal ayından qayıdırmış. Qadın ayaqyoluna gedib, qayıdanda isə görüb ki, əri artıq təyyarəyə minib. Ərinin gözləməyi xoşlamadığını bilsə də boşanmaq üçün məhkəməyə müraciət edib. 
Çirkin boşanma
Jian Fenq gözəl bir qadınla evlənib, övladları olub, ancaq uşağın dünyaya gəlməsi bu ailəyə xoşbəxtlik gətirməyib. Çünki uşaq çox çirkin idi. Ər arvadı xəyanətdə günahlandırıb, deyib ki, bu uşaq məndən deyil. Gözəl qadının boşanmaqdan başqa çarəsi yox idi. Çünki bu qadın gözəlliyini əslində plastik cərrahlara borcluymuş. Estetik əməliyyatdan qabaq isə çox çirkin imiş. 
Köhnə yalan! 
Şanglin bələdiyyəsinin sədri Çen Luo adlı bir xanımla evlənəndə elə bilib ki, qızın 24 yaşı var. Halbuki xanımın 30 yaşı vardı, buna baxmayaraq o, məsələni açıb-ağartmır. Evlənirlər, münasibətlər çox yaxşı imiş, ancaq həqiqətin ortaya çıxamasından sonra Çen boşanmaq üçün məhkəməyə müraciət edib. 
Virtual boşanma! 
Ərindən boşanan Ami Taylorun atdığı bu addım dünyanın ən qəribə hərəkətlərindəndir. Ərinin oynadığı rol həyat yoldaşını qıcıqlandırıb və o, boşanmaq üçün məhkməyə müraciət edib. Maraqlıdır ki, bu tamaşada qadının özü də rol alıbmış. Ancaq ərinin tamaşada sevgilisinin olmasını, yəni virtual xəyanəti belə qəbul edə bilməyib. 
Yuxuda danışmaq! 
Bir banqladeşli yuxuda arvadına üç dəfə “boş ol” deyib, arvadı bunu ciddi qəbul edib və boşanmaq üçün ərizə yazıb. 

Adama çox qəribə gəlir, ancaq bunlar olmuş hadisələrdir. 

 

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri