Qaçmaq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 943
Səs ver:
(səs: 0)
Qaçmaq qaçaraq uzaqlaşmaqdırmı ???

Getməkdirmi uzaqlara ???
İnsan dayanarkən də qaça bilməzmi ???
Mən də qa&¸dım bir çox şeydən...
Qaçırıq davamlı. Arxamıza belə baxmadan...

 


Nələrdən qaçırıq
???

 

Mühitlərdən, yerlərdən, şəhərlərdən…

 

Bu qədərmi ???

 

İnsanlardan, sevgilidən, ailədən, yoldaşdan…

 

Bumu ???

 

Düşüncələrdən, duyğulardan...

 

Sevgidən, həyəcandan, riskdən.

 

Başqa ???
Seçməkdən, seçilməkdən, seçimlərdən,

 

qərarlardan...

 

Bitdimi ???
Müvəffəqiyyətdən, müvəffəqiyyətsizlikdən...
Puldan, pulsuzluqdan, sağlamlıqdan, xəstəlikdən...
Əslində həmişə çətin və pis şeylərdən qaçdığımızı düşünürük.
Halbuki gözəl şeylərdən daha çox qaçırıq.
Bir düşünün qaçmalarınızı.
Söyləməkdən son anda imtina etmək də qaçmaq.
Bəzən susmaq da qaçmaq.
Səssizcə dayanmaq...
Danışmaq istəməmək.
Bəzən də qışqırmaq var gücünlə.
Qışqırıb, qışqırıb qarşındakını susdurmaq da qaçmaq.
Gözlərini qaçırmaq da qaçmaq.
Gözlərinin içinə dik dik baxmaq da.
Müdafiə etmək də, hücum etmək də qaçmaq...
Bəzən davamlı imtahanlara girmək də qaçmaq.
İmtahandan qaçınmaq da...
Özünü davamlı məşğul etmək də qaçmaq bəzən.
Evdən heç çıxmayıb, elə divanda oturmaq da...
Bəzən "Bəli" demək, bəzən "Xeyr" demək qaçmaq.
Bəzən ağlamaq da qaçmaq...
Gözyaşlarına boğularaq.
Bəzən də qəhqəhələrlə gülmək də qaçmaq....
"Qaçmaq" növ növ...
Ancaq bir tək ortaq nöqtə var qaçmalarımızda.
Hamısının bir şeydən qaçınma, özünü qoruma instinkti saxlaması.
Qorunma instinkti ilə qaçarkən başqa bir təhlükəyə özümüzü atmırıqmı ???
İnsan özünü qoruyum deyərkən daha çox zərər verə bilərmi ???
Yara almırıq bəlkə amma evcilik oyununa davam etməkdən kənara da keçə bilmirik sanki.



 

Seçim bizə aid...
Arxana baxmadan qaç, topuqla deyirsə içimizdəki səs...
Təbii ki dayanmamalı orada.
Amma üzləşmələrdən də çox şey öyrənər insan.
Arada bir özünə bu haqqı da tanımalı.
Yalnız özündən qaçmamalı, qaçınmamalı.
Redakte etdi: PRETTY GIRL
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri