Dövlət bayraqlarında bənövşəyi rəng niyə yoxdur? - Tarixi səbəbi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 469
Səs ver:
(səs: 0)
Dünyada 195 ölkə var və o ölkələrin heç birinin bayrağında bənövşəyi rəng yoxdur.

Qadinla.com xarici mediaya istinadən bunun səbəbini təqdim edir:

Bənövşəyi tarixin ən bahalı və yalnız krallıqların, imepratorluqların ali zümrəsinin istifadə edə biləcəyi rəng olub. Bu rəngin piqmentinin istehsalı XVIII əsrədək çox əziyyətli iş olub. Bənövşəyi ilk dəfə finikiyalılar tərəfindən istifadə edilib. Suriya və Livanın Aralıq dənizi sahillərində yaşamış bu xalq bənövşəyi rəngi dəniz ilbizindən əldə edirdi. Sur antik kəndində bir qram bənövşəyi rəng almaq üçün on mindən çox ilbizdən istifadə olunurdu.

Bu rəngin alınmasının baha başa gəlməsi ondan yalnız krallıq və imperatorluqların istifadəsinə gətirib çıxarırdı.

Finikiyalıların hazırladığı bənövşəyinin dayanıqlı olması,parçadan solmaması və günəş işığına məruz qaldıqca parlaqlığını artırması onu zəngin insanların rəngi etmişdi.
Yüz illər boyunca Mureks adlandırılan ilbizlərdən hazırlanan bənövşəyi uzun müddət Roma, Bizans və Fars imperiyalarında simvola çevrilib.

1533-1603-cü illərdə İngiltərə kraliçası I Elizabet özündən və kral ailə üzvlərindən başqa bənövşəyi rəngdə libas geyilməsini qadağan etmişdi. Elizabetin dövründə yarım kiloqram bənövşəyi rəngin dəyəri 1,5 kiloqram qızıla bərabər idi (indiki dövrdə 56 min dollara). Bənövşəyinin bu cür astronomik dəyəri ölkə və krallıqların bayraqlarında bu rəngdən istifadə edilməməsinə səbəb olmuşdu.

İngilis kimyaçı Uilyam Henri Perkin 1856-cı ildə sintetik bənövşəyi rəngin istehsalını kəşf edir. Bundan sonra bənövşəyi rəng hər kəs üçün əlçatan olur. Öz zavodunu tikən Perkin bənövşəyi rəng istehsalına başlayır. Bununla belə artıq dünya ölkələrinin, demək olar ki, əksəriyyəti bayraqlarında bu rəngdən istifadə etmirdi.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri