Yeməkdən çıxan tük...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 047
Səs ver:
(səs: 0)

Yeməkdən çıxan tük...

Yoldasan, evə çatmağa tələsirsən. Acmısan. Artıq evdəsən. Tələsik yuyunub iştahla süfrə kənarında əyləşmisən.Yeməyə başladın. Hər şeyi unudaraq fikrini yediyin yeməyə yönəltmisən. Aha.! Birdən duruxub qaldın. Gözlərin qabdakı yeməyin içindəki tükə zillənib Iştah məhv oldu. Az qalıb qusasan. Əsəbi halda tükə baxırsan. Ağzındakı çeynədiyin yeməyi udub udmamağını düşünürsən. Nə oldu? Niyə dayandın? İştahla yediyin yeməyin içində murdarçılıq gördünmü? Axı bu ya ananın ya da yoldaşının tellərinin 1 dənəsidir. Bu o tellərin 1 dənəsidir ki başına bir iş gəldikdə anan onları bir an içində ağardıb. Başına bir xəta gəldikdə o bir telin yüzlərcəsini ovuclayıb yolur. Indi murdarmı oldu? Ananın deyil? Onda yoldaşınındır! Amma bir vaxtlar vardı bu tellərə toxunmaq arzusuyla gecələr gözlərini yumub sabahı da ümüdlə açardın.
Indi nə oldu? Murdardır? Axı bir vaxtlar sevgilinin qulağına pıçıldardın. Həyatım, sənin bir telini dünyalara dəyişmərəm. Amma indi nə oldu? Artıq səninçün deyərini itirmiş bu murdar saydığın tükün bir ucundan götürüb söyüşlə yoldaşının gözünə soxursan. Həmin tükdür bu. Nişanlı və ya sevdiyin vaxtlarda sevgilinin başını sinənə sıxıb tumarlayaraq öpdüyün minlərlə tüklərin bir dənəsidir bu. Bu həmin teldir. Minlərlə mahnılar şerlər yazılmış telin bir dənəsidir. Amma indi yeməyin içində murdarcasına göründü sənə. Əsəbləşdin. Qabı bir kənara atıb qalxıb yoldaşının saçlarını ovuclayıb üzgözünü göyərdir, ya da əlində qalmış bir neçə teli ayaq altına atırsan. Yoldaşın isə həm özünə həm də sənin belindən gələn övladları böyüdərək ağardacağı tüklərə nifrət edərək bir kənarda sızıldayır. Bu sızlayan qadın həmin o qadındır kı ağbirçək ananı ona qovuşmağına görə onların qapısına al əlvan xonçalarla elçiliyə göndərmişdin. Hani o günlər? Sənin 1 telini dünyalara dəyişmərəm dediyin günlər.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri