Ayaqqabı Seçimi Haqqında Məlumatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 359
Səs ver:
(səs: 0)

Ayaqqabı Seçimi Haqqında Məlumatlar

 

Ayaqlarınız gündəlik fəaliyyətlərinizdə belə kifayət qədər yük altına girməkdədirlər. İdman edərkən bədən ağırlığınızın 3-4 qatı çoxu ayaqlarınıza yük olaraq minər. Bu səbəblə idman sırasındakı istifadə edəcəyiniz ən əhəmiyyətli geyim əşyası idman ayaqqabınızdır.

Seçəcəyiniz ayaqqabı ayağınıza yaxşı oturmalıdır. Ayağınızda olan 26 sümük və bunlarla əlaqəli oynaq və bağlar ayağınızda bir uzunlamasına, bir də enləməsinə kəmər (arx) meydana gətirərlər. Ayaqqabınız bu kəmərləri yaxşı dəstəkləməlidir.

Ayaqqabının döşəməsi idman əsnasında məruz qalınan zərbə və təzyiqi əmə bilmə xüsusiyyətinə sahib olmalıdır. Digər tərəfdən dayanıqlı da olmalıdır. Döşəmədə tırtıllar varsa, bunlar uzun olmamalıdır və bütün ayaqqabı döşəməsinə yayılmalıdır.

Ayaqqabının ön ucu elastik və yumşaq olmalıdır. Qaçış əsnasında ayaq barmaqlarının bükülməsinə icazə verməlidir. Ayaqqabının ucu ən az 45 dərəcəyə qədər bükülə bilməlidir. Döşəmənin orta qisimi isə bükülməməlidir. Ayaqqabının topuq qisimi isə yumşaq və qalın olmalıdır və zərbələri rahatca əmə bilməlidir; ayrıca ayaq döşəməsini yaxşıca qucaqlayıb hərəkətini maneə törətməlidir. Beləcə burxulmalar və su toplanması maneə törədilmiş olar. Topuqdan yuxarıya doğru aşıl tirini qoruyucu bir yastıqcıq saxlamalıdır.

İç döşəməsi arxları dəstəkləməlidir və döşəmə xüsusilə barmaqların olduğu uc qisimində yuxarıya doğru qalxıb, ayaq barmaqlarını yandan qucaqlamalıdır. Beləcə döyənək və digər barmaq zədələnilmələri maneə törədilmiş olar.

Ayaqqabının sayası hərəkətli və möhkəm olmalıdır. Ayağınızın tənəffüs etməsinə icazə verməlidir. Ayağı yaxşı qucaqlayıb, burxulmasına icazə verməməlidir. Bəzi idman növlərində (örn. Basketbolda) ayaq biləyini də əhatəsi arzu edilər.

Ayaqqabının dili və kənarları yumşaq  olmalıdır. Bağcıqların ayaq biləyi hərəkətini çox maneə törətmədən, mümkün olduğunca yuxarıda bağlanması arzu edilər. Ən uyğun ayaqqabı ayağı sıxmadan, möhkəm şəkildə ayağa oturanıdır. Ancaq ayaq barmaqlarınıza da kifayət qədər hərəkət imkanı təmin etməlidir. Birinci ayaq barmağı ilə ayaqqabı ucu arasında 1 smlik boşluq olmalıdır.

Ayaqqabılarınızı uzun ömürlü olmaları üçün corab və ayaqqabılarınızı tez-tez dəyişdirməlisiniz, ayaqqabılılarınızı təmiz tutub, istirahət etdirməlisiniz; onları qəlibə götürməli və təbii şərtlərdə qurumalarına icazə verməlisiniz (günəşdə ya da ocağın qarşısında qurutmayın çünki dərinin setləşməsinə səbəb olar). Ayaqqabının iç döşəməsi erkəndən köhnələcəyi üçün, onu dəyişdirmənizdə fayda vardır.

Ayaqqabı alarkən, idmanda geyəcəyiniz corablarla və günortadan sonra sınaq edin. Hətta mağazanın içində gedərək ya da qaçaraq ayaqqabının uyğunluğuna baxın. Edəcəyiniz idman növünə uyğun ayaqqabılar tapılar. Məsələn qaçacaqsınız topuq döşəməsi qüvvətli, tennis oynayacaqsınızsa yanları dəstəkli, gedəcəksinizsə döşəməsi sərt, iç döşəməsi yumuşak və bərk topuq dəstəyi olan bir ayaqqabı təklif edilər sizə.

Nizamlı idman etdiyiniz vəziyyətdə, ayaqqabınız 6-9 ayda aşınacaq. Bunun üçün aşınmalara diqqət yetirin, çünki bunlar yaralanmalara və ağrılara səbəb ola bilərlər. Ortalama 750-800 kmlik bir qaçış məsafəsindən sonra aşınmalar hədd mərhələyə çatar.

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 7 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri