Başqasına edilən qarğış mütləq həyata keçirmi?

Müəllif: Menim balam
Şərhlər: 8
Baxılıb: 4 850
Səs ver:
(səs: 0)
Əvvəla, bunu deyək ki, qarğış etmək dinimizdə o qədər də xoş qarşılanmır. Müqəddəslərimiz tövsiyə edirdilər ki, insanlar onlara edilmiş haqsızlığı imkan daxilində bağışlasınlar və intiqam almağa çalışmasınlar. Lakin məzlumun bəd-dua (qarğış) etmək haqqı vardır və onun duası tez qəbul olar. Hədislərdə buyurulur ki, məzlumun ah-naləsi və bəd-duası tez müstəcab olur.

Hər bir qarğışın qəbul olacağını gözləmək düzgün deyil. Bəzən insanlar bir-birini qarğış etməklə hədələyirlər. Amma unudurlar ki, yalnız zülm olunmuş şəxsin qarğışı həyata keçə bilər. Bir kəs başqasına zülm etməmişsə, qarşı tərəf hər nə qədər qarğış etsə də, bunun faydası olmaz. Ona görə də haqsız şantajlara əhəmiyyət vermək düzgün deyil. Diqqətli olmaq lazımdır ki, başqasının haqqına təcavüz edilməsin, əks halda, bunun ağır cəzası ola bilər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 850
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri