Yun paltarın yuyulması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 241
Səs ver:
(səs: 0)

Yun paltarın yuyulması

Yun paltarı yumamışdan əvvəl (onları mümkün qədər az yuyun) onun rənginin çıxıb –çıxmamasını müəyyən etmək lazımdır. Bunun üçün yun parçadan bir sap götürüb isti sabunlu suya qoyun, sonra çıxarıb pambıq parçaya bükün. Əgər rəngi çıxmırsa, yumaq olar. Rəngi çıxırsa belə paltarı yumayıb kimyəvi təmizliyə vermək lazımdır.
Yun paltarı sabunlu ilıq suda yuyun. Yuyandan sonra bir neçə dəfə ilıq suda yaxalayın və axırıncı dəfə yaxalayanda suya bir qaşıq qliserin və bir neçə damcı naşatır spirti tökün ki, ləkələri aparsın və paltarın rəngi parlaqlaşsın. Əgər suya bir az sirkədə əlavə etsəniz paltarın rəngi çıxmaz. Sudan çıxararkən paltarı sıxmayın. Yun paltarları düz yerə sərilmiş halda qurudun.
Rəngi çıxan yun paltarı yuduqda ilıq sabunlu suya duz və sirkə tökün. Belə paltarı kölgədə astar üzünə sərilmiş halda qurudun.

 Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri